QADIN / KİŞİ
MƏN, SƏN YOX, BİZ VARIQ... Tarix : 02 Dekabr 2022, 10:25
Yazar : Qadinkimi.com
TANIYAQ! UNUTMAYAQ! 
 

Aidə Şirinova Bərdə şəhərində anadan olub.1977 - ci ildə Bərdə şəhəri 3 nömrəli tam orta məktəbi bitirib..Elə həmin il Azərbaycan İdman İnstituna (indiki İdman Akademiyası) qəbul olub. 1981- ci ildən Bərdə şəhər Uşaq - gənclər idman məktəbində metodist kimi işləməyə başlayıb. 

20 Yanvar hadisəsindən sonra o, hər bir vətənsevər vətəndaş kimi xalqın taleyinə biganə qala bilmir, Qarabağda döyüşlərə getmək qərarına gəlir. Anası Tamara xanım və bacıları öz narazılıqlarını bildirirlər.

Anası deyir: "Küçəmizdə elə qonşu var, evində beş oğlu var, heç biri getmir, sən qız uşağı niyə gedirsən?!". Heç bir söz, heç kəs onu qərarından döndərə, fikrindən daşındıra bilmir. Aidə bilirdi ki, vətəni yaşadanlar evlərində gizlənənlər, seyrçilər deyil, Vətən uğruna canından keçib onun bir ovuc torpağına dönməyi üstün tutanlardır. Ona görə də Aida könüllü Hərbi Komissarlığa gedir, dərhal hərbi hissəyə göndərilir. O, Bərdə Ərazi Müdafiə batalyonunda bir-iki ay əsgərlərin fiziki hazırlığı üzrə rəis, sonra əsgərlərin sosial müdafiəsi üzrə komandir müavini vəzifəsində çalışır. Saçlarını oğlan saçı kimi kəsdirir, döyüş yoldaşları ona "qaqa" deyirlər. Kişilərlə bərabər Qarabağda döyüşlərdə qəhrəmancasına iştirak edir. Aidənin adı igid bir döyüşçü kimi  Qarabağ Hərb tarixinə yazılıb. Azərbaycanın ilk qadın komandiri Aidə Şirinova hazırda polis orqanlarında çalışır...
 

Aidə xanım Şirinova bu il 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən deputatlığa namizəddir.

"MƏN, SƏN YOX, BİZ VARIQ” deyir igid xanım. Biz olmaq arzusuyla ona uğurlar arzulayırıq.
 

qadinkimi.com

qadinkimi.com