Maltalı jurnalist Dafne Karuana Qaliziyanın öldürülməsinə 150 min avro planlandığı üzə çıxıb.
Reuters agentliyinin xüsusi xəbərində bildirilir ki, 16 oktyabr 2017-ci ildə öldürülən jurnalistin sifarişi hadisədən bir neçə ay öncə verilib. Həmin vaxt Alfred Degiorgio və Vins Muskat görüşərək qiymətdə razılaşıb.
Jurnalistin maşınının partladılmasından öncə Maltada həyata keçirilən bu görüşün istintaqa hələ 2018-ci ildə məlum olduğu, amma istintaq prosesinə zərər verilməməsi üçün ictiamiyyətə bildirilmədiyi üzə çıxıb.
Muskat bağışlanılması ümidi ilə Avropanı şoka salan cinayət detallarını təhlükəsizlik orqanlarına 2018-ci ilin aprel ayında xəbər verib.
Təxminən 2 ildir həbsdə olan təqsirləndirilən şəxslər - Vinsent Muskat və Alfred, Corc Degiorgio qardaşlarının məhkəmə tarixi hələ bəlli deyil.
Hadisə ilə bağlı ötən günlərdə turizm naziri Konrad Mizzi istefa verib, İqtisadiyyat naziri Kris Kardona isə işinə fasilə verdiyini bildirib. Malta hökumət aparatının rəhbəri Kith Şembri də istintaqın davam etdiyi vaxt çərşənbə axşamı istefa verib. Ölkənin baş naziri Jozef Muskat (əlaqəsi yoxdu) da gələn ay istefa verəcəyini açıqlayıb. O, İşçi Partiyasından Yanvarın 12-i yerinə gələcək namizədi müəyyən etməyi istəyəcəyini bildirib.
qadinkimi.com