Londonda şənbə gübü (30 noyabr) Çelsi ilə Uest Ham arasında oynanılan futbol matçında homofob (fərqli cinslərə qarşı dözümsüzük göstərmək) hərəkətlər edilib.
Uest Ham tərəfdarlarının homofob davranışlarını qeydə alan şəxslər maçdan sonra Tvitter üzərindən polisə müraciət edib.
BBC-nin verdiyi xəbərə görə polis mövzu ilə bağlı araşdırmaya başlayıb. İttihamla bağlı hələ ki heç kim həbs edilməyib.
Ayrı-seçkiliklə mübarizə aparan "Kick it Out” adlı dərnək də İngiltərə Futbol Federasiyasından ayrı bir araşdırma aparılmasını tələb edib.
İngiltərə Futbol Federasiyası isə bu mövzuda atılacaq addımla bağlı müzakirələr aparıldığını bildirib.
Uest Ham LGBT+ tərəfdar qrupu da bu davranışların homofob olduğuna dair heç bir şühbə yeri qalmadığını bildirib.
Mövzu ilə bağlı açıqlama verən Çelsi Tərəfdarları Fondu isə "Uest Ham azarkeşlərinin davamlı homofob hərəkətlər etməsindən yorulduq” ifadələrini işlədib.
Çelsi də "Biz öz tərəfdarlarımız ayrı-seçkilik edəndə onları tənqid edirik. Buna görə də digər komandalardan da eyni davranışı gözləyirik” deyib.
Uest Ham isə açıqlamasında "Bərabərlik mövzusunda üst standartları həyata keçirən komandamız bundan kənara çıxan hər hansı bir davranışı xoş qarşılamaz” ifadələrini işlədib.
qadinkimi.com