Hər bir ölkə mədəniyyətinin özünəməxsus adətləri var. Müxtəlif ölkələrin bir-birindən fərqli yeni il adətləri ilə tanış olun.
Çin
Çinlilər üçün mandarin bərəkətin simvoludur. Yeni ildə bir-birilərinə hədiyyə olaraq mandarin verirlər. Eyni zamanda kiçik uşaqlara qırmızı hədiyyə kartları verilir və onlar bu kartlarla özlərinə bir şey alır.
Fransa
Yeni il ərəfəsində uşaqlar Şaxta babanın hədiyyələrlə doldurması üçün ocağın yanına ayaqqabı qoyur. Yeni il yeməkləri ilə bərabər ağac gövdəsi şəklində hazırlanmış "Bouche de Noel” adlandırdıqları tort da süfrəyə verilir.
Danimarka
Yeni ildə yeni dost tapmağı diləmək üçün danimarkalılar seçdikləri bir şəxsin evinin qapısına boşqab və ya stəkan atırlar.
İspaniya
İspaniyalılar yeni ili şəhər meydanlarında toplanıb şam ağacının ətrafında qeyd edir. Saat 12 olanda ağızlarına 12 dənə üzüm atırlar. Daha sonra yeni il girən dəqiqəyə qədər o üzümləri yeyib bitirənin arzusunun çin olacağına inanırlar. 12 üzüm ilin 12 ayının simvoludur.
Estoniya
Estoniyalılar yeni il axşamı 7, 9 və ya 12 çeşid yemək yeyirlər. Yeyilən yemək sayı qədər növbəti ildə güc qazanılacağına inanılır. Yeni il axşamı evi ziyarət edən ruhların olduğuna inandıqları üçün yeməklərin heç birini tam bitirmirlər.
Tailand
Yeni ilə təmizlənərək girmək üçün "su savaşı” edirlər.
İrlandiya
İrlandiyalı subay qadınlar yeni ildə şans qazanmaq və evlənəckləri şəxslə tanış olmaq üçün yastıqlarının altına öksə otu yarpağı qoyur.
Avstraliya
Orta əsr və bütpərəstlik inanclarına görə pis ruhları qovmaq üçün yüksək səs çıxartmaq lazımdır. Buna görə Avstraliyada yeni il axşamı səs-küylü keçir. Yay mövsümünə düşdüyü üçün çimərlik ziyafətləri təşkil olunur və taxdıqları uzun saqqallarla sörfinq edirlər.
İsveç
İsveçlilər yeni ildə hər kəsə "lusserkatter” adlı zəfəranlı şirniyyat təklif edirlər. Yeni il süfrəsinə ən son darçınlı və südlü şirniyyat qoyurlar. Şirniyyatın içinə badam yerləşdirirlər. Yediyi şirniyyatda badamı tapa bilən şəxsin evlənəcəyinə inanılır. Bayram şənliyi ataların çölə zibil atmağa getməsi və Şaxta baba paltarında geri qayıtması ilə davam edir.
Hindistan
Hindistan dünyanın ən rəngli ölkəsi statusunu yeni ildə də qoruyur. Hər kəs rəngli çiçəklər taxıb canlı rənglərdə paltarlar geyinir. Hind qadınları baharı xatrıladan sarı, narıncı, ağ çiçəklər taxır. Şam yerinə banan və manqo ağaclarını bəzəyirlər. Daha sonra gecə yatmadan əvvəl içinə xüsusi və müqəddəs hesab etdikləri əşyalarını qoyduqları bir qutunu çarpayılarının başına yerləşdirirlər. Bunun yeni ildə xoşbəxtlik və bərəkət gətirəcəyinə inanılır.
Belarus
Belaruslular yeni ildə kimin birinci evlənəcəyini öyrənmək üçün yerə oturan subay qadınların önünə qarğıdalı qabığı qoyur. Sonra ortaya bir xoruz buraxılır. Bu xoruz ilk kimin önündəki qarğıdalı qabığını yesə, deməli, yeni ildə ilk evlənən şəxs o olacaq.
Finlandiya
Kiçik bir tənəkə qutusu əridildikdən sonra suya atılır, onun suda aldığı forma əsasında yeni ilin necə keçəcəyi barədə təxmini fikirlər bildirilir.
Filippinlər
Kəsilib yuvarlaq forma verilmiş meyvələrdən boşqablar hazırlanır. Bunun onlara növbəti ildə xoşbəxtlik gətirəcəyinə inanırlar.
Argentina
Argentinada gecə yarısı lobya yeməyin ömür boyu şans gətirəcəyinə inanılır.
Ekvador
Pis şansı və düşməni təmsil edən insan maskalar və fotolar küçədə yandırılır.
Almaniya
Almanlar yeni ilə girərkən mürəbbəli və ya içkili halqa şəklində kiçik keklər, badam püresindən hazırlanmış donuzcuqlar yeyirlər. Bunun onlara şans gətirəcəyinə inanırlar. Eyni zamanda 1920-ci illərdən qalan bir ənənə olan "Bir nəfərlik yemək” adlı ingilis şousunu izləyirlər.
Yohanesburq
Cənubi Afrika Respublikasının ən böyük şəhərində həmin gecə yarısı yenilərinə yer etmək üçün köhnə əşyalar evdən çıxarılır.
Yunanıstan
Həmin gün evə girən zaman qapıda nar qırılır. Bunun bərəkət və xoşbəxtlik gətirəcəyinə inanılır. Kilsənin qapısının üzərinə İsanın yenidən doğulacağının simvolu olan soğan asılır.
Ruminya
Ayı kostyumlarını geyinən insanlar küçədə rəqs edərək şeytanı qovmağa çalışır.
Yaponiya
Yaponiyada yeni il 1-3 yanvar arasında 3 gün ərzində qeyd edilir. Yeni il bayramına "Şouqatsu” (Shougatsu) adı verilib. Yaponlar birinci növbədə evlərinin hər yerini təmizləyirlər. Daha sonra bu günlərdə "Jubako” dedikləri qablara sağlamlıq, uzun ömür və bərəkəti təmsil edən vasitələrdən hazırladıqları yeməkləri qoyurlar. Qapılarını küknar və bambuk budaqları ilə bəzəyirlər. Ən önəmli ritualları isə yeni il ruhunun dünyaya gəldiyinə inanmaları və onu xoş qarşılamaq üçün məbədlərdə 108 dəfə zəngi basmalarıdır.
Çili
Yen il axşamı ailə üzvlərinin və qohumlarının məzarı başında yatırlar.
Boliviya
Tortun içinə şokolad şəklində pullar qoyulur. Bu şokolad pulları tapanların yeni ildə şanslı olacağına inanılır.
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com