BURA / ORA
Ölkədə cinayətkar qalmadığı üçün Hollandiya həbsxanalarını bağlayır Tarix : 30 Yanvar 2020, 19:02
Yazar : Qadinkimi.com
Hollandiyada bütün həbsxanalar bağlanır, çünki ölkədə cinayət baş vermir

Hollandiyada  cinayət səviyyəsi 2004-cü ildən bəri davamlı olaraq azalmaqdadır və buna görə də oradakı bütün həbsxanalar ləğv edilir. Ölkədəki cinayət səviyyəsinin aşağı olmasının əsas səbəbləri arasında narkotiklərlə bağlı qanunlar, narkotik aludəçisi olan vətəndaşların həbs yerinə müalicə edilməsinə üstünlük verilməsi, məhkumlar üçün xüsusi elektron qolbaqların istifadə edilməsi, beləliklə sərbəst şəkildə işlərini davam etdirə bilmələri və bununla da cəmiyyətə xeyir vermələri yer tutur. Bəli, əsas məqsəd məhkum olunan günahkarları həbsxana divarları arasında məhv etmək yerinə topluma yenidən qazandırmaqdır. 

Hazırda 19 belə qurumun bağlandığı və yaxın vaxtlarda daha 5-nin bağlanması planlaşdırılır. Bununla bağlı yaganə problem - bu həll yolunun hardasa 2 min nəfərin işsiz qalmasına səbəb olmasıdır. Bundan əlavə, onlardan yalnız 700-ü digər hüquq mühafizə orqanlarında vəzifələrini icra etmə imkanı əldə edəcəkdir. Hətta keçən il Norveçdən yüzlərlə məhbus həbsxanaları doldurmaq üçün Hollandiyaya köçürülüb.

Son dövrlərdə 17 milyonluq Hollandiya əhalisindən yalnız 11.6 min nəfəri azadlıqdan məhrum olunub. Bu isə dünyanın digər ölkələrinin Hollandiyadan çox şey öyrənməli olduğunun göstəricisidir.


qadinkimi.com