Vilnüsdə polis maşınları saxlayır, şəhər əhalisi 11-12 yaşlarında oğurlanmış qız uşağını axtarır
Paytaxt sakinləri gəlmələrdən şübhələnir
Bu gün – 15 yanvar gecəsi Litvanın paytaxtı Vilnüsdə fövqəladə vəziyyət elan olunub. Paytaxt polisi və ölkənin bütün təhlükəsizlik qüvvələri ayağa qalxıb. Şəhərdə şübhəli maşınlar saxlanılır, sənədlər yoxlanılır. Bunun səbəbi oğurlandığı bildirilən 11-12 yaşlı qız uşağı ilə bağlı yayılmış məlumatdı. Delfi.ltsaytının məlumatına görə, bir nəfər hüquq-mühafizə orqanına zəng edərək 11 yaşındakı iki oğlanın ona yaxınlaşdığını deyib. Uşaqlardan biri bildirib ki, naməlum şəxslər onun 12 yaşlı sevgilisini boz və ya qızılı rəngli bir maşına zorla soxaraq qaçırıblar. Uşaqların dediklərinə görə, "avtomobil nömrələri sarı idi” (bəlkə də taksi və ya xarici nömrəli bir maşın idi). Bu məlumat bütün paytaxt polislərini ayağa qaldırıb, xəbər qonşu bölgələrə ötürülüb.
Saat 21:00 radələrində Vilnüs polisi sakinlərdən sarı nömrəli boz və ya qızılı rəngli maşın görsələr və ya şübhəli şəxslə rastlaşsalar, 112 nömrəli xəttlə bu barədə onlara məlumat vermələrini xahiş edib.
Müraciətdə deyilir: "Uşağının harada olduğunu bilməyən valideynlər, ən qısa zamanda 112 nömrəsinə zəng edin. Sosial şəbəkələrdə bu xəbərlə əlaqəli bir məlumat olsa, dərhal xəbər verin.”
Vilnüs meri – Remigijus Şimaşius
"Vilnüs sakinləri, sizdən polisə kömək etməyinizi xahiş edirəm. Şəhərimiz etibarlı bir şəhərdir. Bu cür hadisələr, uşağın qaçırılması barədə deyilənlər həyatımızı dəyişdirə bilməz. Ancaq indi bu çox vacibdir. Buna görə də xahiş edirəm, ətrafınıza diqqətlə baxın (həyəti, arxa küçələri, ölü ucları və s.), polisin təsvir etdiyi avtomobili görsəniz (boz və ya qızılı, sarı nömrələr taksi və ya xarici nömrələr, ola bilsin BMW və ya Audi) və ya polisə kömək edəcək. Digər məlumatlar olsa, dərhal bizimlə paylaşın. Şübhəli bir şey görsəniz 112 nömrəsinə zəng edin "deyə sosial şəbəkələrdə Vilnüs şəhər blədiyyə başçısı Remigijus Şimasius paytaxt sakinlərinə öz sosial şəbəkə hesabından müraciət edib.
Uşağın oğurlanması barədə məlumat Litva və rus dilli sosial şəbəkələrdə yayılıb. Xəbərdə qeyd olunur ki, "Vilnüs əhalisi danışır ki, naməlum şəxslər oğlanı da qaçırmağa cəhd etsələr də, o, qaçmağı bacarıb. Yazırlar ki, keçəl bir adam uşağı BMW və ya Audi avtomobilə itələmədən əvvəl ağzını bağlayıb. Yerli əhali naməlum şəxs və ya şəxslərin gəlmə olduğu qənaətindədirlər. Bu üzdən Litvada indi gəlmələr daha çox yoxlamaya məruz qalırlar.
Mənbə: Time TV
qadinkimi.com