BURA / ORA
Liqadakı çılpaq qadın və bizim Mkhitaryan problemimiz Tarix : 02 İyun 2019, 14:48
Yazar : Qadinkimi.com
Dünən gecə UEFA Çempionlar Liqasının finalında yarıçılpaq stadiona qaçan qadın Kisney Wolanskidir.

O, məşhur youtuber Vitali Zdorovetskinin sevgilisidir. Vitali maraqlı pranklar çəkməklə məşğuldur və kanalı "VitalyzdTv"-nin youtube-da 10 milyona yaxın izləyicisi  var. 

Eyni zamanda ödənişli və qeydiyyat tələb edən "vitalyuncensored" saytının rəhbəridir. Həmin sayta Vitali çılpaq, gözəl qızlarla diqqət çəkən pranklar yerləşdirib.

Deyəcəksiniz ki, hə, nooolsun? 

Kisneyi dünənə qədər instagramda 200 min insan izləyirdi. Bir gecəyə onu follow edənlərin sayı 2.2 milyona yüksəlib. Adam virtual biznesini 1 gecəyə təxminən 10 dəfə böyüdüb.

Geyindiyi geyim və sinəsindəki yazı sevgilisi Vitalinin saytının adıdı (biznesidir). Qızın saytı reklam etməsilə, sayta böyük izdiham girişi olub və 1 gecədə 3.6 milyondan çox pul qazanıblar. 

Eyni zamanda qadının adına sosial şəbəkələrdə minlərlə səhifə açılıb, youtube-da minlərlə video paylaşılıb və Kisneyə instagram səhifəsində reklam paylaşımı üçün böyük məbləğdə pullar təklif olunur. 

Həmçinin dünya bookmaker-ləri final oyunlarında stadiona azarkeş daxil olmasına 40-dan yüksək əmsal verir. Yəni 100 min qoy, 4 milyon götür. Bundan nə qədər qazanıblar, bilmirəm.

Sevgilisi Vitali də eyni hərəkəti 2014 final, 2016-da NBA, 2018 idman oyunlarında edib və böyük pullar qazanmaqla yanaşı izləyici auditoriyası artirib, həm də məşhurluq əldə edib. Vitalinin belə qeyri-etik hərəkətlərinə görə fotbol və. idman yarışlarına giriş qadağası vardı, amma aylardı üzündə saqqal saxlayır və necəsə dünən stadiona girə bilib. Nəticədə  əvvəldən planlaşdırılmış şəkildə sevgilisinin stadiona qaçmasını telefon kamerasına qeyd edir. Bu anları qışqıraraq seyr edən Vitali çəkdiklərini "instagramdakı profilində "səninlə qürür duyuram", "sən mənim hər şeyimsən" başlığı ilə paylaşır. 

Kisney və sevgilisi buna aylar öncə hazırlaşıblar. Kisney daha sürətli qaçması üçün aylardı məşq edir, hətta ABŞ-lı qumarbaz və internet məşhuru  Dan Bilzerian ona sürətli qaçış üçün bir yarışda 30 min dollar pul mükafatı da verib. 

Adamlar cütlük kimi bütün dünyanı barmaqlarına dolayıb milyonlar qazanır, krallar kimi yaşayırlar. Dünyanı qarış qarış gəzirlər, videolar, pranklar çəkib ən lüks həyatı yaşayırlar. Bizim oğlanlar da qızla tanış olan kimi onun facebook və instagram səhifəsinin parolunu alıb, profilə gül, ərəb duaları, əlini göyə tutan insan, göyərçin, uşaq şəkilləri düzürlər... 

Azərbaycan insanının(kişisinin) sevgililik, ailə qurmaq dünyası qızı işdən, dərsən yaşadığı bloka qədər ötürmək məsafəsi qədər bəsit və maraqsızdır. 

Deməyim odur ki, indi səhər 9-da durub işə gedib 6-da evə qayıtmaq dövrü deyil. İndi moyka, təndir, mağaza açmaq dövrü deyil. Əlinizdəki balaca "qutu"(telefon) ilə dünyanın zəngin, məşhur  insanı ola bilərsiniz. Yetər ki, başımız işləsin. 

Evimizin içində Avropa oyunları, Formula yarışları, Avroliqa finalı və.s keçirilir. Biz belə milyonlar qazandıran imkanları kənara qoyub sürü kimi düşmüşük bir mənasız Mkhitaryan mövzusunun dalına...

2 gün öncə paylaşmışdım ki, Bakıda Arsenal-Çelsi oyununda stadiona azarkeşin girməsinə kontorlar 40-dan çox kafsent verir.  

Pul qazanmaq cəhənnəmə, 10 milyondan bir nəfər insan taplmadı ki, sinəsinə Xocalı, Qarabağ həqiqətlərini yazıb stadiona qaçsın. 
Bakıdakı finalı dünyada 1 milyarddan çox insan izləyirdi, 240-dan çox televizaya canlı verirdi.

Bundan gözəl tanıtım, reklam ola bilərmi?!
Bizim belə cəsurluq tələb edən ideyalar üçün başımız işləmir, əvəzində necə cılız və bəsit düşünürüksə, oyundan çıxan Mkhitaryan köynəyi geyinən taylandlı turistə təpik vururuq.

qadinkimi.com
 
 






Şəhriyar Məhərrəmov

qadinkimi.com