Bəllidir ki, limon C vitamini ilə zəngindir və müalicə-pəhriz qidalarında geniş işlədilir. Limonun ətri güclənsin deyə onu istifadədən qabaq qaynar suya salırlar. Limonun şirəsini çox çıxartmaq istəyirsizsə onu qabaqca qaynar suya batırıb bir neçə dəqiqə saxlayırsız. Şirəni çıxararkən qabığın ağətli hissəsini və tumu sıxmaq lazım deyil, onlardan acı çıxır. Əgər bir neçə damcı limon şirəsi lazım olarsa, onu yorğan iynəsi ilə deşmək və istənilən qədər sıxmaq mümkündür. İynənin yerini kibrit çöpü ilə tıxaclayırlar.
Limonun təzə qalması üçün onu soyuq su ilə doldurulmuş bankaya qoyur və suyu gündə 1-2 dəfə dəyişirlər. Limon çox olanda onları quru qumda saxlayırlar. Bunun üçün qumu gündə, yaxud sobada qurudur, sonra qutuya tökür, limonu bir birinə toxunmamaq şərtilə quma basdırırlar. Portağal və limon bitki yağı ilə silindikdən sonra sellofan torbalara yığılıb sərin yerdə saxlandıqda uzun müddət təzə-tər qalır.
Limon nazik dairəvi dilimlərə bölünüb şüşə, yaxud minalı qaba qat-qat yığıldıqda və hər qatın üstü şəkər tozu ilə örtüldükdə, gün düşməyən sərin yerdə saxlandıqda tərkibindəki faydalı maddələri itirmir. Qabığı soyulmuş bütöv limonları da bu qaydada şəkərlə basdırıb saxlamaq olar.
Kəsilmiş limonun qurumaması üçün kəsilmiş tərəfi yuxarı vəziyyətdı nimçəyə qoyub üstünü stəkanla örtmək lazımdı. Nimçəyə bir neçə damla sirkə töküb limonu kəsilmiş tərəfi aşağı vəziyyətdə qoymaq olar. Əgər limon qurumağa başlasa, soyuq suya salın, o yalnız elastik yox, həm də şirəli olacaq. Limon qabığı qaynar suda dəmləndikdə ondan əla içki alınır. Limon və portağalın quru qabıqlarını ehtiyat üçün yığmaq olar. Onları qaynar sudan keçirin. Sürtkəclə, yaxud bıçaqla qabığı boşqaba soyun, xırda-xırda doğrayın, şəkər (10 meyvə qabığına 1 xörək qaşığı) əlavə edin. Əldə edilmiş kütləni bankaya yığın, istəyirsinizsə, hər hansı bir mürəbbədən, meyvə kiselindən, kompotdan, çaydan üstünə əlavə edin.
Quruyub bərkimiş limonları, yaxud portağalları təzələmək üçün onları qaynar suda bir dəqiqə saxlayın, sonra parçaya bükün. Onlar tamamilə soyuduqda parçanı açın.
qadinkimi.com