Ukraynanın Lvov vilayətinin Strıy şəhərində faciə baş verib.
“korrespondent.net” saytına istinadən verdiyimiz xəbərə görə, 17 yaşlı oğlan gecə saatlarında üçmərtəbəli “Furşet” mağazasının damında selfi çəkmək istəyərkən yıxılıb. Damdan yerə düşən yerli sakin çoxsaylı xəsarətlər alıb. Hadisə yerinə təcili yardım avtomobili gəlib. Lakin yeniyetmə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.