Türkiyədə artıq on gündü “Flormar” kosmetika firmasının qarşısında aksiya davam edir. Türkiyədə “sendika” adlanan işçilərin hüquqlarını qoruyan həmkarlar birlikləri var. Onlar bir araya gəlib işçi hüquqlarını tələb edir, müzakirələr aparırlar. Bu cür təşkilatlanan 115 qadın Flormar-dan çıxarılıb. Onlar günlərdir müqavimət göstərirlər. Flormar rəhbərliyi müqavimətə qarşı müqavimət sərgiləyir. Qovulan işçilərlə çalışanlar arasında əlaqəni kəsmək məqsədilə fabrikin girişinə tikanlı məftil çəkiblər. Türkiyənin tanınmış kosmetika şirkətlərindən olan Flormarın Kocaeli Gebze zavodunda fəhlə və həmkarlar ittifaqı düşmənçiliyi davam edir. İşçilərin təşkilatlanmasından sonra 115 qadın işdən çıxarılıb. Flormar rəhbərliyi fəhlələrin fabrik qarşısında qətiyyətlə davam etdirdiyi müqaviməti əngəlləməyə çalışır. Aksiyaçılar səhər zavod önünə gələrkən giriş qapısının üç metrlik qurğu ilə bağlanıldığını və zavod ətrafının tikanlı məftillə əhatə olunduğunu görüblər. İşçilər "Bu qədər fəhlə düşmənçiliyi edilməz! İçəridəki həmkarlarımızın bizi görməsinə mane olmağa çalışırlar" deyərək etirazlarını dilə gətiriblər. Türkiyə feministləri etirazçılara dəstək olaraq Flormarı tənqid edirlər.