İstər ABŞ-da, istərsə də digər ölkələrdə aparılan araşdırmalar koronavirusun mövsümi qripdən daha yüksək ölüm nisbətinə səbəb olduğunu göstərir. Virusun mövsümi qripdən ən az dörd dəfə daha təhlükəli olduğunu müəyyən etmişik. Hər halda, bu virus ciddi qəbul edilməli, lakin həddən artıq dramatikləşdirilməməlidir.
Axar.az xəbər verir ki, bunu almaniyalı virusoloq, Bonn Universitetinin professoru, Viroloji İnstitutunun direktoru Hendrik Ştrek deyib.
O bildirib ki, yayılan əsassız məlumatlara baxmayaraq, məhdudiyyət tədbirləri koronavirusun qarşısını almaq üçün ən effektiv variantlardan biridir:
"Karantin dövründə sosial məsafəni qorumaq, gigiyena qaydalarına əməl etmək və tibbi maska taxmağın təsirli olduğunu bilirik. Bunların sayəsində virusun daha geniş yayılmasının qarşısını ala bildik.
Məsafə qoruyaraq və qoruyucu maskalardan istifadə edərək infeksiyanın öldürmə dozasını azaltmış oluruq. Nəticədə hər hansı insan virusa yoluxsa belə, onun orqanizmindəki infeksiyanın gücü o qədər də təsirli olmayacaq”.
Hendrik Ştreka görə, koronavirusa yoluxanların artması onun mövcudluğuna inanmamaqdan irəli gəlir.
Müxtəlif ölkələrdə etiraz aksiyaları zamanı yoluxanların sayında artım olmaması fikrinə münasibət bildirirək deyib ki, etirazlar açıq havada təşkil edilmişdi və infeksiya riski qapalı məkanlarda keçirilən tədbirlərə nisbətən daha azdır.
*****
Koronavirus beyinə bir sıra dağıdıcı təsir göstərə bilər.
Bu barədə "Nature” jurnalı alimlərinin araşdırmalarına istinadla xəbər yayır.
Koronavirusa yoluxan, nevroloji və psixiatrik ağırlaşmaları olan xəstələrin 62 faizinin beyin qan dövranının zədələnmiş olduğu bildirilir.
Eyni zamanda, 31 faiz insan zehni qarışıqlıq və uzun müddətli huşsuzluğa məruz qalıb.
Koronavirusun ən çox rast glinən nevroloji nəticələri iflic, həmçinin ensefalit - beyin toxumasının iltihabıdır.
Nevroloji simptomların fərqli insan qruplarında meydana gələ biləcəyi qeyd olunur.
Bildirilir ki, məlumat çatışmazlığı səbəbindən koronavirusu yüngül və ya asemptomatik keçirən insanlar arasında nevroloji simptomların yayılma dərəcəsini təyin etmək olduqca çətindir.