İngiltərədə feminist bir dizayner kişilərin ictimai yerlərdə yayxanıb oturmağını əngəlləyən stul dizaynına görə mükafat alıb.
Brighton Universiteti dizaynerlik fakültəsinin tələbəsi Laila Laurelin kişi stulu dizaynı üçbucaq şəklindədir və dizləri birləşdirməyə məcbur edir. Eyni dizaynın bir də qadın üçün versiyası var. Bu stuldakı əlavə hissə dizlərin birləşməsinə mane olur və qadınları "yayılaraq” oturmağa məcbur edir. Müəllif "Kişilərin yayılma probleminin çözümü” adlı layihəm çox da ciddi qəbul edilməməlidir. Amma qadınların gündəlik həyatlarında qarşılaşdıqları bu problemə əyləncəli, amma bir o qədər də gerçək bir yanaşma gətirmək istədim” deyib.
Laurel "dördüncü dalğa feminizm konsepsiyasına" daxil etdiyi stul dizaynında ingilis feminist yazıçı Laura Bates tərəfindən başladılan və internetdə seksist nümunələri paylaşan "Everyday Sexism Project – Gündəlik Cinsiyyətçilik layihəsi” adlı səhifədən təsirləndiyini deyib.
Laurelin bu işi lüks otellər zənciri Belmond tərəfindən verilən gənc istedad mükafatına layiq görülüb.
Dizaynerlik dünyasında əhəmiyyətli qurum hesab olunan Mükafat komitəsi Laurelin dizaynını yüksək qiymətləndirib və insan davranışları, günümüzün sosial məsələlərindəki roluna aid düşündürücü bir baxış təmsil etdiyini bildirib.
"Stul dizaynı” sosial mediada bir çox kişi istifadəçi tərəfindən "boş bir iş” adlandırılıb. Bir Instagram istifadəçisi "Olmayan bir problemi həll etdiyiniz üçün təşəkkürlər” deyib.
2017-ci ildə Madriddə qatar və avtobuslarda kişilərin dizlərini açaraq yan qoltuqlarda oturanları narahat etməsinin qarşısını almaq üçün xəbərdarlıq elanları qoyulmuşdu. Madrid bələdiyyəsi bu qərarı 2014-cü ildə Nyu-York metrosunda başladılan bir kampaniyadan ilhamlanaraq edildiyini bildirirdi. Nyu York polisinin də dəstək verdiyi kampaniyada xəbərdarlıqlara baxmayaraq ayaqlarını geniş aralayıb oturan bəzi kişi sərnişinlər nəzarətə götürülüb.
Mənbə: hurriyet.com.tr
qadinkimi.com