BURA / ORA
Kişilərin "döymək hüququnu" qadağan edən ilk ştat... Tarix : 17 Noyabr 2019, 15:55
Yazar : Qadinkimi.com

Alabama 1971-ci ildə kişilərə qanuni arvadlarını döyməyi qadağan edən ilk ştat olaraq tarixə düşüb.



1500-1800 illərində ABŞ-da məskunlaşan immiqrantlar, ictimai həyatı İngiltərənin əvvəlki qanunlarına əsasən tənzimləyirdi və bu qanunlara görə bəzi hallarda kişilərə arvadlarını döymək icazəsi verilirdi. Bu icazə bir çox ştatda yayılmışdı. Hətta bir meyar var idi: "Qamçının izi kişinin baş barmağının qalınlığından çox olmamalıdı". 

 



Bu qanunlar dövrün qadınlarına çox əziyyət verdiyi üçün böyük mübarizələr aparmalarına səbəb oldu. Bu mübarizələr nəticəsində Alabamada ilk dəfə 1971-ci ildə kişilərin həyat yoldaşını döymək hüququ rəsmi olaraq qadağan edildi.

 

 

 

qadinkimi.com