QADIN / KİŞİ
Kişilərin danışdığı 10 yalan - Sənə qədər bunu etməmişəm Tarix : 30 Aprel 2022, 10:27

 

Psixoloq Mark Barton kişilərin danışdıqları yalanları sistemləşdirib. Təqdim etdiyimiz ifadələr sizə tanış gələ bilər:   


 

1. Az içmişəm. Kişilər heç vaxt çox içdiklərini etiraf etmirlər. Ayaq üstə dayana bilməsə belə ikicə rumka içmişəm deyirlər.


 

2. Əvvəl çox qazancım olub. Kişilərin çoxu əvvəllər çox qazandıqlarını, iflas olduqlarını, borca düşdükləri üçün indi belə az pulları olduğunu deyirlər.Qazanclarının az olmasını saatlarla bekar oturmalarından başqa hər şeyə bağlayırlar.

 


 

 

3. Vaxt olmadığı üçün yaza bilmədim. Biləsiniz ki, bu sadəcə nağıldı. Nə qədər işi olsa da kişi istəsə sizi axtaracaq. Yazmayıb və zəng etməyibsə demək istəməyib. Əlbəttə, çox işləyən, həqiqətən vaxt qıtlığı yaşayan kişilər də var. Bu halda siz onun işinin nəticəsini real olaraq görəcəksiz. Ortada bir iş yoxdursa yalan danışır.

 

 


 

4. Həyatımda çox qadın olub və ya az qadın olub. Adətən kişilər çox qadın olmasını qəhrəmanlıq saydıqları üçün sayı artırırlar. Kişilərin çoxuna elə gəlir ki, çox qadınla görüşmək supermenlikdir. Əslində isə belə kişilərin mənəvi problemləri və şəxsiyyət çatışmazlığı olur. Əksini də deyənlər var: "Mən hər qadınla münasibətə girə bilmirəm, vasvasıyam”. Bunu qiymətini sizin gözünüzdə qaldırmaq üçün edir.

 

 


 

5. Mənə səndən seks lazım deyil. Bu əlbəttə ki yalandır. Ola bilər ki, o sizə həqiqətən aşiq olub və seks onun üçün tək məqsəd deyil. Amma uzun müddət sizinlə sevişməyə can atmayan kişinin ya orientasiyası fərqlidi, ya da impotentdir.

 

 


 

 

6. Səninlə çox oxşarıq. Tanışlığın ilk vaxtlarında zövqlərinizin üst-üstə düşdüyünü oynayır. Guya eyni düşünürsüz, eyni şeylərdən zövq alırsınız. Əslində bu sizi əldə etmək üçündü.

 


 

 

7. Keçmiş sevgilim məni qaytarmaq istəyir. Özgüvəni az olan kişilər tərk edildiyini heç vaxt etiraf etmirlər. Onlar həmişə mən ayrılmışam və o məni hələ də sevir kimi fikirlər söyləyirlər.

 


 

 

8. Keçmiş münasibətimdən travma almışam. Bu, manipulyasiya növüdü. Ciddi münasibətdən, məsuliyyətdən qaçmaq üçün kişilərin çoxu əvvəlki qadını ilə xəyal qırıqlığı yaşadığını deyir.

 


 

 

9. Səni olduğun kimi sevirəm. Əslində kişilər qadının ya çəkisində, ya görünüşündə, ya xarakterində dəyişiklik etmək istəyirlər. Amma bunu ilk zamanlarda bildirmirlər.

 


 

 

10. Sən bunu etdiyim ilk qadınsan. Bu, çox tez-tez danışılan yalandır. Adətən kişilər sizin xüsusi olduğunuzu bildirmək üçün belə deyirlər. Sənə qədər bu cür sevməmişəm, heç kimə sevirəm deməmişəm və s.

 


 
Psixoloq Mark Barton
Tərcümə - qadinkimi.com