QADIN / KİŞİ
Kişilər, bu qadınlardan ayrılmayın Tarix : 30 May 2020, 19:19

Kişilərin qadınlara münasibəti fərqlidi. Kiminlə tam - bütöv olacağını hiss etmək asan deyil, amma mümkündür. Bəzi kişilər sadəcə evdar xanımları sevir, bəziləri iş xanımlarını. Kişilər arasında aparılan sorğulara görə özləri təhsilli olmasa belə, savadlı qadınlara üstünlük verənlər 80 % -dən çoxdur. Ağıllı qadınlara münasibət bir qədər fərqlidir. Kişilərin 70% - dən çoxu ağıllı qadınlardan ehtiyat edir, hətta qorxurlar. Amma xanımlarının ağıllı olmasını arzulayırlar. Mükəmməl insan olmasa da, ən yaxşısını tapmaq olar. Sizdə bu duyğunu yaradan qadın varsa, onun qədrini bilin və ondan ayrılmayın. Bu hansı qadındır? 


 

1. O sizdən ağıllıdırsa

Hər bir kişinin ona həyat yolunda dəstək ola biləcək qadına ehtiyacı var. Belə bir deyimi çox eşitmişik "Hər uğurlu kişinin arxasında güclü qadın var" - bu həqiqətdir. Ağıllı qadından möhkəm yapışın, çünki həyatınız maraqlı, onun müdrikliyi isə sizə dəstək olacaq. Ağıllı məsləhətləri ilə sizə doğru yol göstərəcək.

 


2. QADIN GÖZƏLDİRSƏ

Xarici gözəlliyin çox da vacib olmadığını deyən kişilər də var. Amma sevdiyiniz qadın həm də gözəldirsə, bunu dəyərləndirin. Bu qorxulu deyil. Əlbəttə, qadının gözəlliyi siz gördüyünüz qədərdir. Bu gözəlliyin dəyəri də sizdən asılıdır. Gözəlliyə düzgün qiymət verməyi bacarın.

 

 

 

3. QAYĞIKEŞ VƏ XEYİRXAHDIRSA 

Yaxşı insanlar xeyirxah olur. Sizdə bu duyğunu yaratmayan qadından ayrılın. Bu vacib keyfiyyətdir. Xeyirxah və qayğıkeş qadın gözəl və həssas anadır.

 

 

Что такое любовь и чувства?


 

 4.Qadın enerjili və şəndirsə

Həyatımızda çətinliklər, sıxıldığımız anlar olur. Kişini daim əyləndirmək qadının borcu deyil, amma enerjili və şən qadınla sizə daha rahat olacaq

 

 

6. Güzəştə getməyi bacaran qadınlar

Əks cinslərin münasibətində güzəştə getmək bacarığı çox önəmlidir.Güzəştsiz heç bir münasibət davamlı olmur.Qadın güzəştə gedirsə, onunla rahat olacaq.

 


7. Qadın ev duyğusu yaradır

Sevmək - sevgi həm də evinin olması – bu dünyada olacağın yeri tapmaqdır. Onun yanında bu hissi yaşayırsızsa, "bu qadın mənim evimdir” fikri yaranıbsa, heç yerə getməyin. O, sizin evinizdir. Siz öz yerinizi tapmısız.


 

 

8. Sizin səhvlərinizə sevinmir

 

Başqasının səhvini görmək daha asandır. Seçdiyiniz qadın səhvlərinizi düzəltməkdə sizə kömək edə bilirsə, o dostunuzdur.

 


 

9. Həm güclü, həm də məlahətlidir

Bir – birinə əks görünə bilər. Əslində güclü qadın məlahətli olmağı bacarır. Belə qadınlar öz dəyərini bilir; qadın olmağından qürur duyur. Belə qadınla münasibətdən ehtiyat etməyin.

 


10. Ehtiraslıdırsa

 

Ehtiras həyatımızı gözəlləşdirir. Burda yalnız cinsi ehtirasdan söhbət getmir. Əsas məsələ yaşamaq – həyatın gözəlliyini duyaraq yaşamaq ehtirasıdır. Belə qadın sizi bezdirməz

 

 

 

11. Ev qadını

 Evdar, yəni evdə oturmaq, qab yumaq, ev yığışdırmaq, xörək bişirmək və s. işlərlə məşğul olmaq istəyən qadınlar da var. Məhz bu tip qadınlara üstünlük verən kişilər də az deyil. Sevdiyiniz qadında bunu hiss edirsizsə, düzgün qiymətləndirin. Bu həyat tərzi onu xoşbəxt edirsə, onu beləcə sevin. Əks halda bu qadını həyatınıza dartıb gətirməyin.

 


12. O sizin üçün çox dəyərlidirsə

Onsuz yaşamaq çətindir. Siz onsuz özünüzə yer tapmır, daim darıxırsız. Onu buraxmayın. Unudacağınızı, başqa birini sevəcəyinizi düşünməyin.Təbiiki ikinci şans ola bilər. Ancaq olmaya da bilər. İllərdən sonra peşimanlıq hissi sizi məhv edəcək. Ən doğrusu vaxtında onu itirməyin.


Bəzən kiçik səhvlər böyük itkilərə səbəb olur. Unutmayın.


 

 

P. S. Yazıda Paul Hudsonun fikirlərinə istinad edilib.

 

Hazırladı: Kamalə Abiyeva


 

qadinkimi.com