KİŞİ KİMİ
Kişilər də seçim narahatlığını yaşayır Tarix : 14 Avqust 2020, 08:40

Doğru seçim etmək – həyatının yoldaşı olacaq uğurlu kişini tapmaq həmişə qadını düşündürüb. Amma bu təkcə qadınları narahat edən məsələ deyil.


Kişi – qadın münasibətləri həmişə gündəmdədi. Müzakirəsi bitməyən bir mövzudu. Bu münasibətlərdə olan problemlərin günahkarı çox vaxt kişilər hesab olunur. Amma "Qadınlar nə istəyir” sualının cavabı kimi "Kişilər hansı qadınlara üstünlük verir” sualının cavabı da maraqlıdır.

Kişilər də seçim etmək narahatlığını yaşayır.”Mir 24” kişilərlə apardığı sorğudan, psixoloq rəylərindən kişilərin seçimdə üstünlük verdiyi cəhətləri müəyyənləşdirib. 


 

İlk növbədə onlara özlərindən belə çox inanan qadınlar

 


 

Ən uğurlu kişi belə ona inanan qadına ehtiyac duyur.

 

FilterHero şirkətinin yaradıcısı Dmitri Şukin deyib: "Sahibkar və istənilən yaradıcı adam kimi mənim də heç nə etmədiyim vaxtlar olub. Yəni həftələrlə, aylarla sadəcə vaxt öldürmüşəm. Belə hallarda yanındakı qadının səni anlaması çox vacibdir. "Mən yoruldum. Sən nə qədər boş-bekar yaşayacaqsan? Nə isə etməlisən. Belə olmaz” kimi sözlərlə gününü qaraltmayan birinə ehtiyacın olur. Mənim üçün "nə isə etmək” koordinatı yoxdu. Bu iyrəncdi. Bu ürəksiz nəsə etməkdi. Doğru deyil. Əsas məsələ səmimiyyətdir. Özünü inanırmış kimi göstərmək – yalançı inam hiss olunur. Sevdiyinə qarşı səmimi olmalısan və həqiqətən inanmalısan".

 


 

Öz işində uğurlu olan qadınlar


Güclü, uğurlu və ağıllı kişilər özlərinə layiq partnyor qadın axtarır. Öz işində, işlədiyi sahədə müvəffəq olan qadınlara maraq göstərirlər. Kişiyə də uğurlu qadın lazımdır. Öz ağlı, zəhməti ilə nəailiyyət qazanan qadınlar az deyil. Kompleksiz kişilərə belə qadınlarla daha rahatdır. Onların anlaşması daha asan olur. Belə qadınlar vaxtını boş şeylərə sərf etmir, onun dəyərini bilir.


 

Dəstəkləməyi bacaran və stabil emosional qadınlar


Kişiyə daim şübhəylə, inamsız yanaşma onların xoşuna gəlmir. Qadından dəstək, kömək gözləyən kişilər az deyil. Daim işlə məşğul olan, evə gec gələn kişi seçmisənsə, onun yanında olmalısan. Ona güvənməli, ağıllı, güclü hesab etməlisən. Kişinin yanında olmaq bütün günü onu gözləmək, xörək bişirmək və ya paltarlarını yumaq deyil. Ona mənən dayaq olmaqdır.


Psixoloq, biznes üzrə məsləhətçi Pavel Kolesov ümumiyyətlə münasibətlərdə təəssüf etmək, qınamaq kimi halları yolverilməz hesab edir. "Cütlük bir-birinə inam aşılamalıdır. Kişilər onları məzəmmət edən qadınları sevmir”.


Kişini rahat buraxmağı bacaran qadınlar.


Uğurlu kişilər zəhlətökən qadınlardan uzaq qaçır. Öz işinə aludə olan peşəkarlar, ciddi və işguzar kişilər müəyyən zaman kəsiklərində qadına kifayət qədər vaxt ayırmaya bilər. Belə kişinin yanındakı qadın səbrli və dözümlü olmalıdır.

Dünyanın ən məşhur biznesmenləri, uğurlu iş adamları ağıllı, onları anlayan, səmimi qadınlara üstünlük verir.

 

Uğursuz kişilərin həmişə problemi olur və yanındakı xanımına yüklənir. Özünü daim nələrisə bölüşürmüş kimi göstərməklə sizi aldadır əslində. Bu sizə ayrılan vaxt deyil. Qadın bu ağırlıqdan həmişə əziyyət çəkir, özü də hiss etmədən xəstəhal və bədbin olur.

Ciddi və uğurlu, aydın məqsədi, bacarığı olan biri sizə az vaxt ayırsa belə, güclü Kişidir. Onun yanında daha rahat yaşayacaqsız.


Psixoloq, qarşılıqlı münasibətlər üzrə mütəxəssis Yuliya Yunqer də öz araşdırmalarından belə qənaətə gəlib: Güclü kişi padşahdır. O daim yeni ərazilər qazanmaq istəyir. Bunun üçün döyüşür. Ağıllı qadın olanları idarə etməyi, onlardan düzgün istifadəni bacarır, partnyorunun uğurlarından xoşbəxt olur. O, sadəcə uşaqların tərbiyəsi ilə məşğul ola bilər. Və ya öz üzərində çalışar. Seçdiyi sahədə uğur qazanmaq arzusunda olar. Ağıllı qadın Təkcə sevimli deyil, həm də ehtiyacdır.

Hər kişinin belə qadına ehtiyacı var!
 
 

 
qadinkimi.com