Qadinkimi.com məşhurların qadınlar haqqında sitatlarını təqdim edir:
- "Tarixdə qəhrəmanlıq edən şəxsin adı məlum deyil” dedikdə birmənalı olaraq qadını nəzərdə tuturlar. Vircinia Vulf - yazıçı
- Nəsə bir söz soruşmaq istəyirsinizsə kişini, yox əgər iş görmək istəyirsinizsə qadını çağırın. Marqaret Tetçer - siyasətçi
- Qadın həyatını hər kəsə rəğmən istədiyi kimi yaşamalıdı. Əks halda ümumiyyətlə yaşamadığını etiraf etməli olacaq. Devid Lourens - yazıçı
- Ehtiras hiss edən qadına kosmetika lazım deyil. İv Sen-Loran - modelyer
- Bəzi qadınların problemi ondadır ki, onlar boş yerə əsəbləşirlər, sonra da bu boş yerə ərə gedirlər. Şer - müğənni
- Cəhənnəmdə qadınlara kömək etməyən qadınlar üçün xüsusi yer var. Madlen Olbrayt - siyasətçi
- Qadın həqiqətən seviləndə bütünləşir. Aleksandr Düma - yazıçı
- Yalnız sevməyi bacaran qadınlar maraqsızdır. O qadınlar maraqlıdır ki, həm də nifrət etməyi bacarırlar. Oskar Uayld - yazıçı.
- Uğur qazanmaq istəyən qadın kraliça kimi düşünməlidir. Kraliça işin batacağından və başqalarının həyatını qurban verməkdən qorxmur. Opra Uinfri - teleaparıcı
- Qadınlar kişi xarakterini tanıya bilmirlər, əks halda ərə getməzdilər. Bernard Şou - yazıçı
- Heç vaxt heç kim sizin ağladığınızı görməli deyil. Kişilər bunu sevir, amma bağışlamır. Helen Mirren - aktrisa
- Həyatının tək mənasını kişidə axtaran qadın sevdiyi işlə məşğul olmayıb. Şahzadə Diana
- Çox vaxt qadınlar nə istədiklərini deməkdən çəkinirlər. Buna görə də istədiklərinə nail ola bilmirlər. Madonna - müğənni
Hazırladı: Leyla, qadinkimi.com