GENDER
KİŞİ OLDUĞUN ÜÇÜNMÜ... Aysel Ateş yazır Tarix : 24 Aprel 2020, 23:58
Yazar : Qadinkimi.com

Dünyada iki cins olaraq yaşayırıq. Bu, yaradılışın bizə vermiş olduğu bir seçimsizlikdir, əslində.

İnsanların ümumi kateqoriyalara ayrılması nəticəsində ortaya çıxan qəliblər, ya da bir şəxs və ya qrup haqqında olan ümumiləşdirmələr stereotip olaraq dəyərləndirilir. 


 

Əhali sayının yarısını təşkil edən qadınların konstitusiyalarda bərabərlik haqları olmasına rəğmən status qazana bilməməsinin ən təməl səbəbi qadının toplumdakı dəyərləndirilmə şəklidir. 


 

Toplumda kişi-qadın bərabərliyi və o toplumun mədəniyyət düzənini biruzə verən ən önəmli kriteriya qadının durumudur. 


 

Gender bərabərliyi nədir? 


 

Gender bərabərliyi - toplumun qadına verdiyi görəv, məsuliyyətlər, qadını necə görməsi, necə dəyərləndirməsi və ondan gözləntiləri ilə əlaqəli bir davranışdır.

 

 

Gender bərabərliyi üzərində aparılan araşdırmaların əksəriyyəti qadınların kişilərlə müqayisə edilmə prosedurundan keçir.

 

Gender bərabərliyi insanın kültürəl və toplumsal rolu, ruhsal vəziyyəti və cəmiyyətdə təmsili mənasını daşımaqdadır. Cinsiyəti təbiət təyin etdiyi halda bərabərliyi kültür bəlirləyir. 


 

Qadınların kişilərə görə daha gücsüz və daha dəyərsiz görülməsi, ayrımcılığa yol açan ənənəvi yanaşmalar qız uşaqlarının təhsilə yaxınlaşmasını çətinləşdirir.

 

Hər sahədə bərabərsizliyə məruz qalan qadınlar ailə rəisliyi, mal-mülkü idarə etmək, iş qurmaq kimi mövzularda da kişilərlə bərabər haqlarda deyildir.

 

Niyə insanüstü deyil qadınüstü olmaq səyi var?

 

 

Qadınları məğlub etməyin asan olduğunumu zənn edirsiniz? 

 

Yanılırsınız, bəylər! 


 

Bir qadını məğlub etmək üçün bir uşaqla, bir ana ilə, bir övladla, bir İNSANla savaşmalısınız. Bacara bilməzsiniz!

 

Kişi olduğun üçünmü bütün dünyanı idarə etmək, məni - qadını da idarə etdiklərindən biri olmağa məcbur qoymaq istəyirsən?

 

Yaxşı, niyə mən qadın olduğum üçün bunları etməyim ki?

 

Fiziki gücün bu yöndə bir şeyi dəyişmir. Çünki bunlar üçün sadəcə beyin lazımdır. Ki o da hər ikimizdə mövcud. Bəs niyə?


 

Sən kişi olduğun üçün:

 

*mənə fiziki, psixoloji, iqtisadi və ya sözlü şiddət göstərə

*məni söyə

*mənə barmağını silkələyə

*məni evdə oturmağa məcbur edə

*məni məhdudlaşdıra

*mənim arzularıma əl qoya

*yaşam tərzimi idarə edə

*qısa ətəyimə, dekoltemə, geyimimə qarışa

*məni alçalda

*çölə çıxma saatımı təyin edə

*əzmimə və başarıma toxuna

*haqlarımı əlimdən ala

*məni öldürə

*namus yükünü çiyinlərimə qoya

*bətnimdəki qız uşağına görə məni selektiv aborta məcbur edə 

 

BİLMƏZSƏN! 


 

Sən kişisən, mən də qadınam. 


 

Haqlarımız bərabər, hüquqlarımız eyni. Sən də insansan, mən də. Özünə gəl, silkələn! Qadın olmaq, dünyaya qarşı savaşmaqdır, unutma!

 

Sen erkeksin ya, ben de kadınım. Haklarımız eşit, hukuklarımız aynı. Sen de insansın, ben de. Kendine gel, silkelen! Kadın olmak dünyaya karşı savaşmaktır, unutma! 

 

 

 


AYSEL ATEŞ ABDULLAZADƏ - TÜRKİYƏ, ANTALYA

qadinkimi.com