BİŞ-DÜŞ
Karantin: evdə qalarkən kökəlmək istəməyənlər üçün tövsiyələr Tarix : 18 Aprel 2020, 17:36
Yazar : Qadinkimi.com
Koronavirus epidemiyası səbəbilə evdə qalmaq məcburiyyətində olan bir çox insanın əsas problemlərindən biri də gündəlik vərdişlərindəki dəyişikliklərdən asılı olaraq daha çox qida qəbulu və kilo artımıdır.

Pandemiyaya görə küçəyə çıxmaq qadağası tətbiq edilən bir çox ölkədə kilo artımı ilə bağlı şikayətlərə daha çox rast gəlinməyə başlanılıb. Məsələn, Belçikada səhiyyə qurumlarının araşdırmasına görə, əhalinin 35 faizinin qısa müddət ərzində 2 kilodan çox kökəldiyi müəyyən edilib. Karantində 4 kilo və daha çox kökələnlər 12 faiz təşkil edib.

Bəs, evdə qalmaq məcburiyyətində olduğunuz günlərdə necə sağlam qidalana bilər və kökəlməkdən qoruna bilərsiniz?

Antwerp Universitetinin Tibb Fakultəsinin qidalanma üzrə mütəxəssisi Michale Sels insanların koronavirus epidemiyasının qarşısını almaq məqsədilə görülən tədbirlərə görə gündəlik vərdişlərini dəyişdirən insanlar gərginlik və stresin təsiri ilə daha çox yemək qəbul etmək istəyir.

"Ofis qrafikinizi qoruyun"

Dietoloq Tanja Callewaert da Belçika mətbuatına açıqlamasında evdə qalınan dövrdə dostlarla birgə yemək və ya içki qəbul etmək kimi sosial təzyiqlərin olmadığını vurğulayaraq müəyyən proqram daxilində bu problemin həll edilə bilinəcəyini deyib.

Hollandiya Sağlamlıq və Ətraf Mühit İnstitutu (RİVM) xüsusilə evdə işləməyə başlayanlara iş yerindəki vərdişləri davam etdirməyi, iş zamanı tez-tez mətbəxə gedib-gəlməkdən uzaq durmağı tövsiyə edir.
 


Belçikalı və holland qidalanma mütəxəssislərinin karantin günlərində kökəlməmək üçün verdiyi bəzi tövsiyələr bunlardır:

  • İşləyərkən masanızın üzərində qəlyanaltı saxlamayın

  • 1 ay alkoqol qəbul etməməyə çalışın, bunun əvəzinə gündə 500 qram tərəvəz yeyin

  • Yemək qəbul etmək istəyəndə isti duş qəbul edin, idman edin və ya şəkil albomunuza göz gəzdirmək kimi fərqli işlər tapın

  • Hazır qidaların əvəzinə özünüz yemək bişirin

  • Əvvəlki günlük qrafikinizə sadiq qalın

  • İş masasında tələsik yemək əvəzinə qida qəbulu üçün vaxt ayırın

  • Bol su və çay qəbul edin

  • Sağlam olmayan qidalardan uzaq durun. Qaynamış yumurta, qovrulmuş duzsuz fındıq, xiyar, cherry pomidor, meyvə, qatıq və pendir kimi qəlyanaltılara üstünlük verin

  • Həftəlik alış-veriş siyahısı və korona menyusu hazırlayıb gün ərzində ona sadiq qalmağa çalışın

  • Bütün gün televizor qarşısında serial izləməyin. Mümkün qədər idman edin

  • Hər saat ərzində azı 3 dəqiqə oturduğunuz yerdən qalxın, ayaqlarınızı hərəkət etdirmək üçün idman edin

  • Evdə işləyərkən mütəmadi olaraq fasilə verin, normadan artıq işləməyin
 
 

Yusuf Özkan
Lahey, Hollandiya
Mənbə: bbc.com
qadinkimi.com