BİŞ-DÜŞ
Kabak piroqu Tarix : 04 İyul 2018, 17:31
Yazar : Qadinkimi.com

Kabak piroqu üçün lazım olan ərzaqlar:

  • 3 - 4 ədəd  orta boy kabak
  • 3 yumurta  
  • 1 neçə ədəd pomidor
  • 1 ədəd mayonez
  • 1 dəstə şüyüd
  • duz, istiot
  • 2-3 x. q. un

Hazırlanma qaydası:

Əvvəlcə kabakları sürtgəcdən keçirib suyunu buraxması üçün 1 - 2 çay qaşığı duz əlavə edirik və gözləyirik ki, suyunu buraxsın. Suyunu buraxdıqdan sonra kabakların suyunu yaxşıca sıxırıq. Sonra üzərinə yumurta, un, doğranmış şüyüd əlavə edib qarışdırırıq. Sonra tavaya duru yağ tokub qızdırırıq. Hazırladığımız qarışıqdan qaşıqla tavaya töküb kreplər bişiririk. Kreplərin hər iki üzünü qızardırıq. Kreplər soyuduqdan sonŕa düz boşqaba 1 qat krep qoyub üzərinə mayonez çəkirik, onun da üzərinə halqa şəklində doğranmış pomidor düzürük və prosesi təkrar edirik. Sonda üzərini zövqə görə şüyüdlə bəzəyirik. 

   

Resepti təqdim etdi: Ruqiyyə xanım