BURA / ORA
İtaliyada qadın cinayəti törədənlər ömürlük həbs olunacaq Tarix : 30 İyul 2025, 22:14

İtaliya Senatı qadın qətllərini ayrıca cinayət kimi tanıyan "Femosid” adlı qanun layihəsini təsdiqlədi


İtaliyada son bir il ərzində 113 qadının öldürülməsi fonunda, qadın qətllərini ayrıca bir cinayət kimi tanıyan və ömürlük həbs cəzası nəzərdə tutan qanun layihəsi 23 iyul 2025-ci il tarixində Senatdan keçib. 200 üzvlü Senatda layihənin lehinə 161 səs verilib, əleyhinə isə heç bir səs verən olmayıb. Qanun yekdilliklə qəbul olunub.


Bu yeni qanunla birlikdə, qadın qətli törədən şəxslər ömürlük həbs cəzasına məhkum ediləcək və həbsxanada daha ciddi nəzarət və cəzalarla üzləşəcəklər. Qanun layihəsinin qüvvəyə minməsi üçün Temsilçilər Palatasından da keçməsi tələb olunur.


Baş nazir Georgia Meloni səsvermədən sonra verdiyi açıqlamada bildirib; "İtaliya bu yolu izləyən ilk ölkələrdən biri olacaq. Bu addım, cəmiyyətimizin üzləşdiyi qəbulolunmaz bir yaraya qarşı mübarizədə mühüm töhfə verəcək.” 



Qanunun əsas müddəaları:


Qadın qətlləri ömürlük həbslə cəzalandırılacaq, şərti azadlığa çıxma olmayacaq.

Taciz, izləmə və cinsi zorakılıq kimi cinayətlərə verilən cəzalar artırılacaq.

Bu cür cinayətləri törədənlərə həbsxanada verilən imtiyazlar məhdudlaşdırılacaq.

Məktəblər, iş yerləri və dövlət qurumlarında gender əsaslı zorakılığa qarşı maarifləndirmə kampaniyaları keçiriləcək.


2023-cü ildə İtaliyada 113 qadın qətlə yetirilib, onlardan 99-u həyat yoldaşı və ya keçmiş partnyoru tərəfindən öldürülüb. Bu statistika ictimai təzyiqi artıraraq hökuməti qanuni tədbirlər görməyə məcbur edib.


Qadınkimi.com