SƏNƏT
İstedadlı rəssam Vəfa Allahyarovanın “Fikir, hisslər və cizgilər” adlı fərdi sərgisi açılıb Tarix : 01 Noyabr 2023, 18:04
Yazar : Qadinkimi.com

Noyabrın 1-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda "Fikir, hisslər və cizgilər"adı altında rəssam Vəfa Allahyarovanın fərdi sərgisi keçirilib.


Sərginin açılış mərasimində çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov müəllifin əsərlərini yüksək qiymətləndirib. 

Sərgidə həmçinin sənətşünas, alim, respublikanın əməkdar incəsənət xadimi Kübra Əliyeva, Xətai sənət mərkəzinin rəhbəri ADPU fakültə dekanı dos. Anar Fərmailov, Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov da çıxış edib.


Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedoqoji Universitetin müəllimi Vəfa Allahyarova əsərlərində bir çox mövzuya toxunub. Sərginin mövzusu geniş zaman məkanını əhatə edir. Rəssamın yaratdığı əsərlərdə dahi rəssam Səttar Bəhlulzadənin daxili dünyası, Çingiz Mustafayev  və Xocalı soyqırımı, Y.Sezar, Natəvan, Bahar təravəti, çiçəklər, Novruz bayramı və s. əks olunub.


Sərgi noyabrın 7-dək davam edəcək. 





"Baharın nəfəsi" Diptix



"İntizar"

"Rəssamın ilhamı"





Hazırladı: Günel Dəniz

Qadinkimi.com