FEMİNİZM
İstanbul Konvensiyası nədir Tarix : 25 Yanvar 2022, 21:48

Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub.

Türkiyə, 2011-ci ildə İstanbulda imzalanması üçün açıq elan olunan Konvensiyanı ratifikasiya edən təsdiqləyən ilk ölkə olub.

Türkiyədə bu konvensiyaya qarşı çıxanlar onun ailə quruluşuna ziyan vurduğunu və bu sənədə baxmayaraq qadınlara qarşı cinayətlərin getdikcə artdığını iddia edirdilər.

Konvensiyanın tərəfdarları isə bu sənədə əsaslanaraq qadınları qorumaq üçün daha çox iş görülməsinin vacibliyini və bu sazşidən çıxmağın qadın hüquqları uğrunda mübarizədə geriyə atılan addım olacağını söyləyirdilər.

İstanbul Konvensiyası qadınları hər cür şiddət və ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli proqram, siyasət və tədbirlər hazırlamağı və bu mövzuda beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Konvensiyada qadına qarşı zorakılığın "qadınlarla kişilər arasındakı tarixi qeyri-bərabər güc münasibətlərinin bir təzahürü olduğu" qeyd olunur.

Konvensiyanın müddəalarının əməli şəkildə həyata keçirilməsini təmin etmək üçün, Qadınlara qarşı zorakılıq və məişət şiddətinin qarşısının alınması üzrə ekspert qrupu, qısaca "GREVIO" kimi tanınan bir monitorinq və nəzarət komitəsi fəaliyyət göstərir.

2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün "İstanbul Konvensiyası" adı ilə tanınan Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyasını ilk imzalayan və təsdiqləyən ölkə Türkiyə olub.

Türkiyədə 2014-cü il avqustun 1-də qüvvəyə minən İstanbul Konvensiyası "gender bərabərliyi" prinsipinə əsaslanır.

Türkiyədə qadın hüquqlarının fəal müdafiəçisi Gülsüm Kav 2019-cu ildə İstanbul Konvensiyasının təməlində dörd əsas prinsipin durduğunu söyləyib:

"Konvensiyada ilk növbədə profilaktik tədbirlərin vacibliyi qeyd olunub. Zorakılığın qarşısını almaq üçün cəmiyyətdə bərabərlik olmalıdır. Təhsil sahəsi də daxil, cəmiyyətdə gender bərabərliyi bərqərar olmalıdır."

"İkincisi, belə bir cəmiyyəti dərhal yaratmaq asan iş deyil, şiddət - köhnə və köklü bir problemdir. Əgər belə bir cəmiyyəti dərhal yaratmaq mümkün deyilsə, qadınları təsirli və fəal şəkildə qorumaq üçün 6284 saylı qanun tətbiq olunmalıdır." (Türkiyədə bu qanun ailənin qorunmasını və qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutur).

"Üçüncü prinsip qadına xəsarət yetirildiyi halda təsirli məhkəmə mexanizminin işləməsidir, ədalətin təmin edilməsidir."

"Dördüncüsü isə, Konvensiyada qadınların hüquqlarının qorunması işinin gələcəkdə daha da gücləndirilməsi tələb olunur."

 

Türkiyə qadınları

Konvensiya qadınlara qarşı şiddəti necə müəyyənləşdirir?

Konvensiyada "qadınlara qarşı şiddət" tərifi "istər ictimai, istər şəxsi həyatda" meydana gələn hər cür fiziki, cinsi, psixoloji və ya iqtisadi şiddəti, şiddət təhdidini və diskriminasiya hallarını əhatə edir.

Konvensiyada "ailədaxili zorakılıq" məfhumunun "indiki və ya əvvəlki ər-arvad və ya birlikdə yaşayan fərdlər arasında, qurbanla eyni yerdə yaşayıb-yaşamamaqdan asılı olmayaraq" bütün zoraılıq hallarını əhatə edir.

Bu müqavilə 18 yaşına çatmamış qızlara da şamil edilə bilər.

 

 
 
 
qadinkimi.az