BURA / ORA
İspaniyada #NoEsNo üsyanı! Tarix : 06 Noyabr 2019, 10:16
Yazar : Qadinkimi.com

İspaniya Barselona Şəhər Məhkəməsi 14 yaşlı yeniyetmə qızı dəfələrlə zorlamaqda günahlandırılan 5 nəfərə bəraət verib. Hadisə zamanı "uşağın hallı olduğu və buna görə də zorakılıq tətbiq edilmədiyi” kimi qəribə səbəb gətirilib. 


Barselona meri Ada Colau, qərarı "inanılmaz” olaraq xarakterizə edərək reaksiya verib. Colau öz Twitter hesabında yazıb: "Mən hakim deyiləm, amma bildiyim tək şey bu adamların təcavüzkar olmasıdır”.

 

 


İkisi ispan, ikisi kubalı və biri argentinalı olan beş təcavüzkara verilən cəza 10-12 ilə qədər azaldılıb. Lakin qızın alt paltarında həmin şəxslərin DNT-i tapılıb. 


 

Qadın hüquqları müdafiəçiləri qərara reaksiya verərək ölkənin cinsi cinayət qanunlarına yenidən baxılmasını tələb etdilər. Sosial mediada isə "alkoqol və ya narkotik istifadə edən bir şəxsə təcavüz etmək qanunauyğundurmu”? "Bu necə ədalətdir”? deyə çıxan qərarı sorğulayan mesajlar yağıb.


"Yox demək elə yox deməkdir”! sloqanı ilə qərara etiraz səsləri İspaniya küçələrini bürüyüb. Qərara etiraz edənlərin sayı gündən günə artır.

 


 

 

qadinkimi.com


 
 

qadinkimi.com