Bağdadda hökumət əleyhinə etirazlar davam edir. Minlərlə etirazçı baş nazir Adil Abdulmehdinin mitinqləri dayandırmaqla bağlı çağırışını yox sayaraq gecəni meydanlarda keçirib.
Abdulmehdi bazar günü axşam nümayişçilərin artıq məqsədlərinə çatdığını bildirmişdi. Onların iqtisadiyyata zərbə vuran etirazlara son qoylmalarını istəmişdi.
İraqlılar Abdulmehdinin istefasını tələb edirdilər. Onlar eyni zamanda rəsmi Tehranın müdaxiləsinə etiraz edirlər. İranın ölkələrinin daxili işlərinə müdaxiləsini qınayırlar.
Etirazçılar İran səfirliyini yandırmağa cəhd ediblər. Hökumət nümayişə silahlı qüvvələr cəlb etsə də bu, insanları çəkindirmir. Ölkənin müxtəlif yerlərində işsizlik, korrupsiya hallarına və dövlət xidmətlərinin yetərsizliyinə etiraz olaraq nümayişlər davam edir.
Bu gün İraqda internet də kəsilib.
Qeyd edək ki, 1 oktyabrda hərəkətə keçən etirazçılar Erbain mərasimlərinə görə ara verdikləri nümayişlərə 25 oktyabrdan yenidən başlayıblar.
Paytaxt Bağdad başda olmaqla Kərbəla və ölkənin mərkəz, cənub şəhərlərinə qədər yayılan nümayişlərdə oktyabr ayının əvvəlindən bu günə qədər 200-dən çox insan həyatını itirib, 8 minə yaxın insan yaralanıb.
BMT İraqda etirazlar başlayan gündən 229 nümayişçinin həyatını itirdiyini açıqlayıb.
qadinkimi.com