BURA / ORA
İranda əxlaq polisinin zorakılığına məruz qalan Mahsa Amini vəfat edib Tarix : 16 Sentyabr 2022, 19:52

22 yaşlı Mahsa Amini İranda geyimə görə əxlaq polisi tərəfindən döyülərək öldürülüb.


Başörtüsünün düzgün olmadığı səbəb gətirilərək hədəfə alındıqdan sonra əxlaq polisi tərəfindən saxlanılan və polis bölməsində döyülən 22 yaşlı Mahsa Amini xəstəxanada keçinib.


İranın Saqqız şəhərindən olan 22 yaşlı Mahsa çərşənbə axşamı, sentyabrın 13-də ailəsi ilə birlikdə qohumlarını ziyarət etmək üçün Tehrana gedib.


Yolda onu əxlaq polisi saxlayıb.


Bir neçə saat sonra Mahsanın polis bölməsində halı pisləşib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


Həkimlər qızın ciddi beyin zərbələri aldığını və infarkt keçirərək komaya düşdüyünü bildiriblər.


Radio Zamane-nin məlumatına görə, polis idarəsinin gözləmə zalında saxlanılanlardan biri deyib:


"Gözləmə zalında məmurlar bizim etirazlarımıza tamamilə biganə yanaşırdılar. Amma mən və digərləri etirazımızı davam etdirdik. Polis isə dəyənək və bibər qazı ilə bizə hücum etdi. Bu müddət ərzində onsuz da pis vəziyyətdə olan Mahsaya yenidən zərbələr endirdikdə o, huşunu itirdi”.


qadinkimi.com