İranda daha bir gənc soydaşımız, Təbriz Tibb universitetinin 19 yaşlı tələbəsi Aylar Həqqi rejim tərəfindən qətlə yetirilib.
Güney Azərbaycanın Məlikan şəhərindən olan Aylar Həqqi dünən baş tutan Təbriz aksiyaları zamanı polisə yaxalanmamaq üçün binaların birinin damına sığınıb.
Sonra həmin binaya basqın edən çevik polis və təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən damdan aşağı itələnərək həyatına son qoyulub.
Hal-hazırda rejim məsulları onun nəşini təhvil verməkdən boyun qaçırır.
Qadinkimi.com