İraqın Nəcəf şəhərində İran səfirliyinin binası yandırılıb. İrana etiraz edənlər "İran, rədd ol" sloqanı səsləndiriblər. Diplomatik korpus binanı tərk etmək məcburiyyətində qalıb.
Günlərdir İraqda korrupsiyaya, qanunsuzluğa qarşı aksiyalar səngimək bilmir. Etirazçılar İrana qarşı sloqanlar da səsləndirir. Ölkədə qarşıdurmalar artır.
İddialara görə İran ölkədəki inqilab havasını İraqa yönləndirməkdə niyyətlidi. Bunun üçün İraqdakı yetkililər rüşvət qarşılığında ələ alınıb. Xalq bunu anladığı üçün İranın ölkəsindən çıxmasını tələb edir.
Etirazçılar İran konsulluğu önündə keşik çəkən iranyönümlü qüvvələrə hücum ediblər.
Məlumata görə İraq Kürdüstanına başçılıq edən Məsud Bərzaninin danışıqlar üçün Ankaraya səfəri gözlənilir.
qadinkimi.com