BURA / ORA
İran hökuməti geri çəkildi - FOTO/VIDEO Tarix : 18 Noyabr 2019, 14:44
Yazar : Qadinkimi.com
İranda benzinin bahalaşmasından sonra ardı kəsilməyən aksiya və etirazlar ölkənin hər yerinə yayılıb. Hökumətin təhlükəsizlik adı ilə müdaxiləsini və aksiyaları zorakılıqla dayandırmaq istədiyini görən insanlar daha da qəzəbləniblər. Təxmini rəqəmlərə görə yüz minə yaxın ümumi iştirakçı sayı olan kütləvi protestlərdə 1000 nəfər saxlanılıb. Artıq aksiyaların yanğınlarla müşayət olunduğunu, insanların susmadığını görən hökumət geri çəkilməyə məcbur olub. 

Hökumət bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayır. 

Müavinətlər 19 milyona yaxın ailəyə veriləcək. Müavinətin məbləği ailə üzvlərinin sayına görə 0,55 milyon rialdan (5 dollar) 2,05 milyon rialadək (18 dollar) olacaq. Bu müavinətlərin hər ay ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünən bir sıra şəhərlərdə benzinin bahalaşması ilə bağlı etiraz aksiyalarının güclənməsi  Prezident Həsən Ruhaninin təcili müdaxiləsinə səbəb olub. Prezident bahalaşmadan zərərçəkənlərə maliyyə yardımı göstərəcəklərini açıqlayıb.
Noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min rialadək, adambaşına kvota çərçivəsində isə 50 faiz, 15 min rialadək qaldırılıb. Yeni qaydalara görə hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosikl sahibinə isə ayda 25 litr benzin düşür.
 
qadinkimi.com



 
 
qadinkimi.com