BURA / ORA
İNSTAGRAMDA 450 QARAMAT hESABI İZLƏYƏN QADIN Tarix : 05 Noyabr 2019, 18:38
Yazar : Qadinkimi.com
Zamanının çoxunu instagramda keçirən 22 yaşlı norveçli gənc İnqebjorq Blinheym (İngebjørg Blindheim) nəyə görə "cangüdən” adlandırıldığı barədə danışır.
"Mən ətrafda ölmək istəyən bir çox insan görürəm. Belə hallarda kənardan izləmək, görməzlikdən gəlmək və ya ona "hər şey yaxşı olacaq" demək istəmirəm.

İnstagramda intihar etmək istəyən istifadəçilərə kömək etmək gənc qızın rəsmi işi deyil. O, bunu hər hansı gəlir qarşılığında deyil, könüllü edir: "Telefonda instagramı izləmədiyim zaman elə hiss edirəm ki, bu dəqiqə kimsə özünə nəsə edəcək, mənim və heç kimin bundan xəbəri olmayacaq”.  

O, müntəzəm instagramı izləyir, intiharın bir addımlığında olan insanları müəyyən edir, polis və təcili yardım çağırır. Buna görə də çox vaxt gecələr yuxusuz qaldığını etiraf edir. Telefonla vaxt çox keçirdiyi üçün ailəsinin və dostlarının ona hirslənməsinə rəğmən, gördüyü işi dayandırmır.

İnqebjorq hazırda 450-yə yaxın şəxsi İnstagram hesabını izləyir. Aralarında bir neçəsi gənc oğlan hesabı olsa da, əksəriyyəti üzgün hisslərini paylaşan qadınlara məxsusdur.
 


Kömək üçün müraciət etdiyi polis və ya həkimlərdən fərqli reaksiyalar gördüyünü deyir. Bəzən təşəkkür eşidir, bəzən də söylədiklərinə inanmırlar.

Bu ilin əvvəlində İqebjorq bir qızın intihar edəcəyini polisə bildirdikdə, polis xəbəri ciddi qəbul etmir. Polislər bu qızın əvvəllər 16 dəfə fərqli formalarda intihara cəhd etdiyini əsas gətirirlər. Amma səhəri gün polislər İnqebjorqa həmin qızın ölüm xəbərini verirlər. 
"Mən onlara çox yalvardım, amma ciddi qəbul etmədilər”.

Gənc norveçli sosial şəbəkənin gücünü şəxsi təcrübəsindən öyrənib. Yemək pozuqluğu ilə mübarizə aparan bir gənc olaraq daima eyni problemdən əziyyət çəkən insanların profilini izlədiyini deyir.
 


Bundan dörd il əvvəl, İnqebjørq və 15 yaşlı ən yaxın rəfiqəsi psixoloji problemlərinə görə müalicə olunduqlarını və eyni vaxtda xəstəxanadan buraxıldıqlarını deyiblər. Bu zaman İnqebjorq vəziyyətinin düzəldiyini və daha da yaxşılacağını düşünsə də, rəfiqəsi evə buraxılsa daha da pisləşəcəyindən qorxub. Rəfiqəsi dəmiryol şəkli paylaşaraq İnqebjorqdan yardım istəyib. Bir neçə saat sonra təəssüf ki, onun ölüm xəbərini gəlir: "Məhz buna görə bu işi görmək qərarı aldım. Bundan sonra əlimdən gəldiyi qədər intihara yaxınlaşan insanlara kömək edəcəyimə söz verdim”.



Mənbə: BBC
Çevirdi: Xumar Hüseynova

qadinkimi.com