Zərifə İsmayıl qızı Budaqova 28 aprel1929-cu ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub.1943 --cü ildə Pedaqoji Texnikumda, 1945-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olunmuşdur.1948-ci ildə tarixi Azərbaycan torpaqlarından azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasına köçür və paytaxt Bakıda yaşayır. 1948 -1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirir.1949 -1953 - cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxumuş, 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1953 –1955 ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar bir idi) böyük elmi işçi vəzifəsində çalışmış,1955 - ci ildən1989 - cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmişdir. Zərifə Budaqova1963- cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1968 - ci ildə «Türk dilləri» ixtisası üzrə professor elmi adı qazanmış,1980 - ci ildə AMEA - nın müxbir üzvü seçilmişdir. Dilçi alim1984 – 1988 - ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988 -1989 - cu illərdə direktoru vəzifəsində çalışmışdır.
Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.
Zərifə xanım müasir Azərbaycan dilinin morfologiyasına, sintaksisinə, orfoqrafiyasına, üslubiyyatına, eləcə də türkologiyanın müxtəlif problemlərinə dair əsərlərin müəllifi olmaqla, dilçiliyin nəzəri və əməli məsələlərinə dair qiymətli tədqiqatlar aparmışdır. Görkəmli dilçi Azərbaycan dilinin qrammatik qayda-qanunlarını rus dilində çap etdirməklə, dilimizin imkanlarını rusdilli oxuculara çatdırmış və bir növ Mirzə Kazım bəyin yolunu davam etdirmişdir.
Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil etmişdir.
Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.
AMEA - nın müxbir üzvü Zərifə Budaqova1989 - cu il noyabrın 7-də Bakı şəhərində vəfat etmişdir.Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-nın akademikHəsən Əliyev adına Coğrafiya İnstitutunun direktoruBudaq Budaqovunhəyat yoldaşı olub.
Zərifə xanım Azərbaycan dili ilə bağlı yazdığı kitablarında ciddi elmi - nəzəri təhlillər aparmış, həm dilimizin zənginliklərini, həm də problem və qayğılarını dilçi kimi aktual mövzuya çevirə bilmişdir.
Zərifə xanım həmişə dövri mətbuatın diqqət mərkəzində olub, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilib. Onun səmərəli elmi fəaliyyəti və elmi əsərlərinin əhəmiyyəti Azərbaycan qadınının müvəffəqiyyəti kimi qiymətləndirilib və təbliğ olunub. O, cismən dilçilərin arasında olmasa da, ruhən dilçilərlə, məhz dilin keşiyində dayanan ən nüfuzlu dilçilərlə birgədir.
qadinkimi.com