ABŞ-ın Las Veqas şəhərində düzənlənən Latın Grammy Mükafatının təqdimatına sinəsi açıq paltarla qatılan Laferte mətbuatın diqqət mərkəzinə çevrildi. Beynəlxalq aləmdə hər kəs, xüsusən də BMT hamını sakit olmağa səsləsə də, çilili müğənni Mon Laferte ölkəsindəki hadisələrə diqqət cəlb etmək üçün qeyri-adi bir üsul seçib. Çilidə hökumətə qarşı böyüyən etirazlara diqqət çəkmək istəyən müğənni Mon Laferte Las Veqasda keçirilən Qremmi mükafatının təqdimatına yarıçılpaq gəlib, bununla ölkəsindəki hadisələrə diqqət çəkib.
Sinəsinə qara, iri hərflərlə bu sözləri yazıb: "Çilidə işgəncə verir və öldürürlər...” Müğənni qırmızı xalıda beləcə gəzib. Gecədə "Ən yaxşı alternativ albom” mükafatını alan müğənni çıxışı zamanı Çili şairi La Chinganera'nın şeirindən bir parça da oxuyub.
Çıxışını "Çili sənin acın məni incidir" cümlələriylə bitirib.
Qeyd edək ki, Çilidə bir aydır davam edən nümayişlər metro qiymət artımı ilə başladı. Etirazçılarla polis arasında qarşıdurmalar hələ də davam edir.
Hadisələr başlayandan 23 nəfər həyatını itirib, 1200-dən çox insan yaralanıb.
Qadinkimi.com