BURA / ORA
İKEA üstünə şkaf düşən uşağın ailəsinə 46 milyon dollar təzminat ödəyəcək Tarix : 08 Yanvar 2020, 18:37
Yazar : Qadinkimi.com
İsveçdə fəaliyyət göstərən mebel nəhəngi IKEA  2017-ci ilin mayında bir uşağın ölümünə səbəb olan şifonerlə bağlı qaldırılan iddiada ailəyə 46 milyon dollar təzminat ödəməyə razı olub.

ABŞ-ın Kaliforniya ştatında yaşayan iki yaşlı Jozef Dudek  2008-ci ildə alınan defektli MALM şkafının üstünə düşməsi nəticəsində həyatını itirmişdi.


Uşağın ailəsi kifayət qədər təhlükəsizlik tədbirləri görmədiyi və heç bir xəbərdarlıq etmədiyinə görə şirkəti məhkəməyə şikayət etməyə qərar verir.

Ailənin vəkili Alan Feldman mövzu ilə bağlı verdiyi açıqlamada "Müvəkillərim şifonerin aşma riskinin olduğunu bilsəydilər, mebeli divara bərkidərdilər. Onlar 2008- ci ildə aldıqları bu üç çəkməcəli kiçik şkafın övladlarının ölümünə səbəb ola biləcəyini ağıllarına belə gətirməzdilər". deyib.

"Heç bir həll yolunun bu faciəli hadisəni dəyişdirməyəcəyini vurğulayan IKEA-nın baş icraçı direktoru Lars Petersson bu təhlükəsizlik problemini həll etmək üçün aktiv şəkildə çalışma əzmində olduqlarını da qeyd edib.  
 


Lars Petersson şirkətin 2 yaşındakı Josef Dudek'in ölümündən sonra  ilk dəfə 2016-cı ilin iyun ayında təkrar xatırlatma etdiyini bildirib.

Bəzi mebellərin divara düzgün şəkildə bərkidilməməsi halında aşma təhlükəsinin olduğunu xatırladan Petersson, geri çağırış kampaniyasını sosial media, televiziya və çap reklamları ilə yaymağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, IKEA son illərdə üç uşağı öldürən həmin şifoner üçün üç ailəyə təxminən 50 milyon dollar təzminat ödəyib.


Mənbə: euronews.com
qadinkimi.com