BURA / ORA
II Yelizaveta təbii xəzdən imtina edib Tarix : 08 Noyabr 2019, 14:14

İngiltərə kraliçası II Elizabeth bu qışdan etibarən yeni tikiləcək geyimlərində həqiqi xəz istifadəsinə son vermə qərarı alıb. Kraliçanın bu qərarı xüsusilə heyvan haqlarını müdafiə edən qruplar tərəfindən xoş qarşılanıb.
Kraliçanın geyimləri və qarderobundan məsul Angela Kelly bu qərarı yazdığı kitabda açıqlayıb. Kelly kraliçanın yeni tikiləcək geyimlərində yalnız süni kürk istifadə olunmasını istədiyini deyib.
Buckingham sarayı isə kraliçanın bəzi hallarda, xüsusən də rəsmi mərasimlərdə xəz kostyumlarını geyməyi davam etdirəcəyini də vurğulayıb. Sarayın sözcüsünün dediyinə görə, kraliçanın bu qərarı bir daha heç vaxt xəzdən hazırlanmış paltarlar geyinməyəcəyi anlamına gəlmir.
Kraliça ən son parlamentin açılışı zamanı xəzdən hazırlanmış xüsusi kostyumunu geyinmişdi. Angela Kelly kitabında həmin gün kraliçanı geyindirdiyi zaman kraliçanın tezliklə bu qərarı verəcəyindən xəbərdar olduğunu deyir.
Heyvan haqları müdafiəçiləri kraliçanın süni xəzə keçmə qərarının ingilis cəmiyyətinin xoşuna gəldiyini və çoxluğun heyvanlardan qəddarcasına xəz əldə edilməsinə nifrət etdiyini vurğulayıblar.
Heyvan cəmiyyətinin (Humane Society) İngiltərə şöbəsi ölkədə həqiqi xəz satışının qadağan edilməsini istəyir.

qadinkimi.com