SEKS
Həyatı çətinləşdirən cinsi xəstəlik - Anorqazmiya Tarix : 17 Noyabr 2019, 00:16

Orqazma çatmamaq kişilərdən çox qadınların problemidi. Buna baxmayaraq orqazm çətinliyi yaşayan kişilər az deyil. Seks vaxtı zövq almayan qadın isə daha çoxdu. 

Anorqazmiya nədi 

Bu, tibbi termindi, orqazma çatma çətinliyidi. Önəmli məqam: problem hətta ulduzlarınız barışanda da ola bilər. 

Anorqazmiyadan qurtulmağın vacibliyi 

Sağlam insanın seks ehtiyacı olur. Bu akt psixoloji və fizioloji yenilənməyə səbəb olur, eyni zamanda beyinə yaxşı təsir edir. Orqazm olmadıqda psixoemosional vəziyyət pisləşir. İnsan gərginlik yaşayır. Daimi səbəbsiz narahatlıq keçirir.

* Anorqazmiya seksual natamamlıq, əsəbilik yaradır. Stressə səbəb olur. Bu da başqa xəstəliklər yarada bilir. Orqazm olmayan qadınların əksəriyyəti müxtəlif xəstəliklərə tutulur. 
* Kişilərdə özünə əminsizlik, həyəcanlılıq, erektil disfunksiya (cinsi zəiflik) yaranmasına səbəb ola bilir. 
* Qadınlar cinsi istək hissini itirir. 

Müalicənin yolları 

Mütləq terapevtə getməlisiz. Əlamətlərin fərqliliyindən və ayrı-ayrı səbəblərdən anorqazmiya müxtəlif cür müalicə edilir. Əvvəlcə analiz verməlisiniz. Nəticədən asılı olaraq terapevt sizi profil həkimlərinə yollayacaq - ginekoloq, uroloq, endokrinoloq, nevroloq, seksoloq, psixoterapevt.  
Çünki bu xəstəliyin ayrı-ayrı növləri var. Eyni zamanda həkim sizə həyat tərzinizi dəyişməyi məsləhət görə bilər: 
* siqaret və içkini atmaq;
* yürüş etmək-qan dövranı yaxşsılaşsın; 
* Kegel hərəkətləri etmək (Kegel müalicəvi gimnastikadı) ;
* dərman atırsınızsa, onu alternativ üsulla əvəzləmək; 

qadinkimi.com