Azad olmaq ilk növbədə öz şəxsi məntiqinin əsirliyindən xilas olmaqdı.
Monterlan
***
Axmaq olduğunu anlayan artıq axmaq deyil.
F.Dostoyevski
***
İnadkarlıq güc qiyafəsində olan zəiflikdir.
V.Jukovski
***
Tənbəllik – bədənin axmaqlığı, axmaqlıq – ağılın tənbəlliyidir.
Zeyme
***
Axmaq
adamlarda söz fikri qabaqlayır.
Sokrat
***
Axmağın ağıllıyla müqayisədə bir üstünlüyü var: o, həmişə özündən razıdır.
Napoleon
***
İnadkara məsləhət verən adamın özünün məsləhətə ehtiyacı var.
Sədi
***
Arzularına sərhəd qoymayan insan azad ola bilməz.
Epiktet
***
Azad olmaq – özün kimi olmaq deməkdir.
Jan Pol Sartr
***
Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.
V.Hüqo
***
Sevginin dünəni yoxdur və sevgi sabahı haqqında düşünmür.
H.Heyne.
***
Azadlıq və sağlamlıq eyni şeydir – hər ikisinin qədrini itirəndə bilirsən.
A.Bek
***
Nökər ağasız olsa belə, yenə azad deyil. Nökərlik onun canındadır.
H.Heyne
***
Kor-koranə azadlıq adama xeyirdən çox, zərər
gətirir.
A. Qraf