SEVGİ, QADIN / KİŞİ
Həm də onların hamısı buna layiq deyil. Tarix : 30 Yanvar 2021, 00:54

Hədiyyə almağı sevirsinizmi?

Bəzi xanımların sevdiklərindən hədiyyə alması həyatının bir parçasıdır.

Amma bayram günlərində belə, hədiyyə almayan qadınlar da var.Yəni hədiyyə etməyən kişilər də var.


Kişilərin hədiyyələrdən xoşlanmadığını düşünmək yalnış olar. Onlar üçün sevdiyindən hədiyyə almaq əvəzedilməz duyğu, hətta enerji mənbəyidir. Hətta hədiyyənin təqdimi də önəmlidir. Qadının bunu xüsusi şövqlə - zövqlə təqdim etməsi onlara böyük məmnunluq yaşadır. Sevən, ağıllı kişi sevgilisinin bu hərəkətini çox yüksək dəyərləndirir, həmişə bir minnətdarlıq duyur.

Qadınlar hədiyyə almağı daha çox sevir. Daim hədiyyə gözləməyi qadınların mənfi xüsusiyyəti kimi dəyərləndirənlər var. Bəzən deyirər ki, "qadın əlavə xərcdir”. Həm də onların hamısı buna layiq deyil.

 

 QAZILER: Qadın və kişi qəlbi arasındakı 10 FƏRQ - QADIN QƏLBİ HƏSSAS OLSA DA...

 

 

 

 Avstraliyada qadın ərinin verdiyi hədiyyə ilə MİLYONÇU OLDU - son xeberler

 

 


Kişilər daha çox onlara sevinc yaşadan, razı salan, onların yükünü daşıyan qadınlara özlərini, qazanclarını sərf edirlər. Adətən onlar qarşılıqsız heç nə etmirlər.

Amma sevən qadın öz sevdiyi kişiyə qarşı təmənnasızdır. O sadəcə sevir və sevdiyinə dəyər verir. Onlar hətta "qurban”a çevrilirlər. Öz arzularını belə bir kişiyə fəda edə bilirlər. Kişilərin bir qismi bunu qadının borcu kimi dəyərləndirir. Bir qismi qadınların duyğularından istifadə edib, qadının dayağına deyil, ustalıqla onun "yük”ünə çevrilirlər. Əsil kişi isə bunu anlayır və qarşılıqlı olaraq hər fədakarlığa hazır olur.Çünki belə qadının onun yolunda hər çətinliyə qatlaşacağına, daim ona dayaq olacağına əmin olur. Bunu qadınına hiss etdirmək də çox önəmlidir.

 

Hədiyyə,diqqət, qayğı, təşəkkür gözləyə, arzulaya bilərsən. Bunu qiymətləndirməyi də bacarmalısan..

 


Sevdiyinin "yük”ü yox, sevgisi, dayağı, dostu olun. O zaman ona bütün dünyanı hədiyyə etmək istəyəcəksiz.

 

 

Olqa Şakura, psixoloq

Tərcümə Kamalə Abiyeva

 

 

 

 

qadinkimi.com