QADIN / KİŞİ
Həyatım, axşam yeməyinə nə var? Tarix : 02 Avqust 2022, 15:05
Yazar : Qadinkimi.com

Bir nəfər xanımının əvvəlki kimi yaxşı eşitmədiyini hiss edir və onun eşitmə cihazına ehtiyac duyduğunu düşünür. Bu vəziyyəti danışmaq üçün həkimə zəng edir, həkim isə həyat yoldaşının nə qədər eşitdiyini anlaya bilməsi üçün kişiyə sadə bir üsul təklif edir:

 


- Yoldaşından 40 addım irəlidə dayan, normal bir danışma tonuyla bir şeylər söylə; əgər eşitməzsə 30 addım irəlidə eyni şeyi təkrarla, sonra 20 addım; cavab alana qədər eyni şeyi təkrarla.

 


O axşam xanımı mətbəxdə axşam yeməyini hazırlayarkən kişi əməliyyatı tətbiq edir, 40 addım uzaqlıqdan yoldaşına normal tonda səslənir:

 


- Həyatım, bu axşam yeməkdə nə var?

 


Cavab gəlmir.

 


Mətbəxə bir az yaxınlaşır, məsafəni 30 addıma endirir və sualı təkrarlayır:

 


- Həyatım, bu axşam yeməyə nə var?

 


Yenə cavab gəlmir.

 


Kişi mətbəxə bir az daha yaxınlaşır, məsafə 20 addım və təkrar soruşur:

 


- Həyatım, bu axşam nə yeyəcəyik?

 


Hələ də cavab yox.

 


Kişi mətbəxin qapısına gəlir, artıq məsafə xeyli azalır:

 


- Həyatım, axşam yeməyinə nə var?

 


Yenə cavab gəlmir.

 


Bu dəfə arvadına tamam yaxınlaşır və eyni sualı təkrar soruşur:

 


- Həyatım, axşam yeməyinə nə var?

 


- Həyatım, beşinci dəfədir təkrar edirəm, toyuq.

 

 

 


qadinkimi.com