İlk dəfə I Dünya Müharibəsində səngərlərdən düşmən əsgərlərin məcburən çıxarılması üçün istifadə edilən gözyaşardıcı və ya bibər qazının müharibədə istifadəsi artıq qadağan edilsə də, bir çox ölkədə etirazçılara qarşı bu üsul hələ də tətbiq edilir.
BBC ilə danışan Bournemouth University profesoru Anna Feigenbaum deyir ki, 1997-ci ildə Kimyəvi Silahlar Konvensiyası ilə qadağan edilən bibər qazının qadağan edilməsinə səbəb onun silah kimi istafadə edilməsidir.
"Lakin ictimai asayişlərdə bibər qazı bir silah kimi yox, nəzarət üsulu kimi istifadə edilir", o, əlavə edib.
İstanbulda bu il 1 May nümayişləri üçün Taksim Meydanına çıxmaq istəyənlərə qarşı bibər qazı istifadə edilib
Bibər qazı ilk dəfə I Dünya Müharibəsində düşmən əsgərlərini səngərlərdən çıxarmağa məcbur etmək üçün istifadə edildi.
"Kimyəvi Müharibə"
BBC ilə söhbət edən tarixçilər I Dünya Müharibəsi zamanı bibər qazının ilk dəfə istifadə edilməsi barədə danışıblar.
ABŞ-ın Missouri ştatında yerləşən I Dünya Müharibəsi Müzeyinin baş kuratoru Doran Cart, bu barədə rəsmi məlumat olmamasına baxmayaraq, əldə olan məlumatlara görə bibər qazının ilk dəfə Fransız ordusu tərəfindən alman qüvvələrinə qarşı 1914-cü ilin avqust ayında istifadə edildiyini qeyd edib.
Tarixçilərdə olan sənədlər həmçinin Fransanın bundan əvvəl bir sıra qazla bağlı təhqiqatlar apardığını ortaya çıxarıb.
Cart, istehsal edilən qazlarla aparılan testlərin 1915-ci ildə sürətlə artdığını və bu ilin bir "dönüş nöqtəsi" olduğunu deyib.
Bibər qazını icad edilməsi kimyəvi silahların istehsalına yönələn daha geniş təhqiqatların bir qismi olub. Kimyəvi silahların I Dünya Müharibəsində sürətli inkişafına görə bu müharibə bəzən "Kimyəvi Müharibə" adı ilə tanınır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) bildirdiyinə görə I Dünya Müharibəsində istifadə edilən kimyəvi silahlar nəticəsində təxminən 100 min nəfər həyatını titirib.
ABŞ-ın Pennsylvania ştatında yerləşən ABŞ Müharibə Akademiyasının müəllimi, tarixçi Michael Neiberg bibər qazının icad edilməsinin "yenilik etmək və qorxu yaratmaq düçüncələrinin birləşməsindən" ilhamlandığını deyib.
"Bu qazlar sənayələşmiş müharibənin ölümcül nümunələrindən biridir", o, əlavə edib.
Vyetnam müharibəsinə qarşı etrazçılara qarşı da bibər qazı tətbiq edilib.
"Üsyanları nəzarət altına almaq üsülu"
Müharibədən bir neçə il sonra, 1925-ci ildə imzalanan Cenevrə Protokolu müharibədə kimyəvi silahların istifadəsinə ciddi qadağanlar və məhdudiyyətlər gətirdi.
Bibər qazının qanuni məhdudiyyətlərə uyğun növü üzrə yeni tədqiqatlar başlandı və qazın ölümcül olmaması səbəbilə bu araşdırmalara böyük reaksiya verilmədi.
Bournemouth University-dən professor Feigenbaumun araşdırması I Dünya Müharibəsindən sonra bir çox ölkənin ABŞ ilə müqavilələr bağlayaraq həbsxana üsyanları, etirazlar və hətta bank soyğunlarına qarşı istifadə edilməsi üçün bibər qazının aldığını aşkar edib.
Vietnam müharibəsi zamanı həm Vyetnamda, həm də ABŞ-da müharibəyə qarşı etiraz edən izdihamlara qarşı bibər qazının istifadə edilməsi tənqidlə üzləşdi.
ABŞ hakimiyyəti tənqidlərə cavab olaraq bibər qazından "üsyanları nəzarət altında saxlamaq üsulu" kimi danışmağa başladı.
2013-cü ildə Yale Historical Review jurnalı bibər qazının gündəlik istifadədə üstünlük qazandığını deyib. Artıq bir çox ölkədə bibər qazı izdihamların dağıdılması üçün geniş şəkildə istifadə edilir.
Professor Feigenbaum bibər qazının düzgün istifadə edildiyi halda xəsarət təhlükəsinin olmadığını və qazın yaratdığı təsirin tezliklə keçdiyini vurğulayır. Bu isə böyük izdihamların yaranması halında təhlükəsizlik qüvvələrinə böyük üstünlük qazandırır.
Lakin qazın həddindən artıq istifadəsi yenə də tənqidlərə səbəb olur.
Feigenbaum deyir ki, "insanların əllərindən güc alınanda onlar meydanlara və küçələrə çıxırlar. Açıq sahələrdə hava zəhərlənəndə insanların əllərindən toplaşmaq hüququ alınır".
Mənbə: bbc.com
qadinkimi.com