BURA / ORA
Gürcüstan parlamenti minlərlə aksiyaçının mühasirəsində - VİDEO Tarix : 20 İyun 2019, 23:25
Yazar : Qadinkimi.com
Gürcüstan parlamentində rus siyasətçilərinin çıxışı Gürcüstanda kütləvi etirazlara səbəb olub. 

Parlamentin spikerinin kürsüsündə rusiyalı deputat oturduğu andan gürcü xalqı parlament binasının yanına axışıb.
Etirazçılar Gürcüstan Parlamentinin spiker kürsüsünü Rusiyalı deputata verdiyi üçün spikerin istefasını tələb edirlər. 
Bu haqda Грузия online xəbər verir. Qeyd olunur ki, dördüncü gündən başlayaraq minlərlə insan Gürcüstan Parlamentində rus siyasətçilərinin çıxış etməsinə etiraz olaraq aksiya keçirib. Protestçilərə müxtəlif müxalif partiyalar da qoşulub. 

Cəmiyyəti narahat edən başlıca səbəb Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) sessiyasını aparan Rusiya Dumasının deputatı Serqey Qavrilovun Gürcüstan Parlamentinin spikerinin kürsüsündə oturması olub.
Bundan sonra Rusiya deleqasiyası ölkəni təcili tərk etməli olub. Müxalifət 3 post sahibinin istefası üçün bir saat vaxt verib. Bunlar parlamentin sədri 40 yaşlı İrakli Kobaxidze, 44 yaşlı Daxili İşlər Naziri Giorgi Qaxariya və Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi Vaxtanq Qomelauridi. 
Polislər aksiyaçıları dayandırmağa çalışsalar da, dubinkadan istifadə etməyiblər. 
Daha öncə parlament sədri İrakliy Kobaxidze Tibilisdəki hadisələrlə bağlı Azərbaycana rəsmi səfərini təxirə salıb və geri qayıdır. Kobaxidze istefa verəcəyini elan edib. 
Hökumət partiyası "protokol səhvi" olduğunu bəyan edərək 25 ölkədən olan 100 deleqasiyanın iştirak etdiyi beynəlxalq parlament forumunu yarımçıq kəsib.
 
 
Parlament sədri İrakli Kobaxidze
 

 
 

 
 qadinkimi.com