Britaniya vizasının yubanmasına görə Abramoviç sahibi olduğu Chelsea futbol klubunun şənbə günü keçirilmiş oyununu stadiondan izləyə bilməyib.
Rusiyalı oliqarx, biznesmen və İngiltərənin Chelsea futbol klubunun sahibi Roman Abramoviç özünün Britaniya vizasının müddətinin uzadılması barədə etdiyi müraciətə hələlik heç bir cavab almayıb, BBC mənbələri təsdiq edib.
Məlumdur ki, Abramoviç şənbə günü futbol üzrə İngiltərə kuboku uğrunda keçirilmiş final matçında iştirak edə bilməyib.
Həmin görüşdə onun, sahibi olduğu Chelsea futbol klubu Manchester United klubuna 1:0 hesabı ilə qalib gələrək qələbə qazanıb.
BBC müxbirinin məlumatına əsasən, Roman Abramoviçin şəxsi Boeing-767 təyyarəsi son Britaniyanı aprelin 1-də tərk edib və o vaxtdan bəri Britaniyaya dönməyib.
Oliqarxın çevrəsindəki mənbələr BBC-yə bildiriblər ki, Abramoviçin Britaniya vizasının müddəti aprelin sonunda başa çatıb, yenisi isə ona hələ verilməyib.
Abramoviç ilk dəfə deyil ki, Britaniya vizasını uzadır, lakin bu dəfə yubanma baş verib, söhbət viza müraciətinə rədd cavabdan getmir, oliqarxın çevrəsindəki mənbə BBC-yə bildirib.
Britaniya hökümətinin saytında bildirilib ki, investor vizası ilk dəfə 40 ay müddətinə verilir. və bundan sonra 2 il müddətinə uzadıla bilər.
Viza müraciətinin baxılması müddəti 3 həftəyə qədərdir.
Biznesmenin rəsmi nümayəndəsi John Mann məsələ ilə bağlı şərh verməyib.
Martın sonunda Britaniya investorlara vizaların verilməsinə dair dövlət proqramını yenidən nəzərdən keçirəcəyini bildirmişdi.
bbc.com