BURA / ORA
Gülüşünüz sizi ələ verir-Necə? Tarix : 19 İyun 2019, 17:20
Yazar : Qadinkimi.com
Gülüşlərin xarakteristikası 

Sən demə, insanları gülüşündən də tanımaq olarmış. Ona görə də ətrafınızdakıları daha yaxşı tanımaq istəyirsizsə, gülüşlərinə fikir verin. Məsələn, insan gülərkən çeçələ barmağını dodaqlarına toxundurursa, bu onun özünü aparma qaydaları ilə bağlı şəxsi fikirləri olduğunu və buna ciddi riayət etdiyini göstərir. Belələri həm də diqqət mərkəzində olmağı xoşlayır. 
Bəziləri gülərkən əli ilə ağzını tutur. Onlar bir qayda olaraq, çəkingən və özlərinə inamsız olurlar. Tez-tez utanır, kölgədə qalmağı xoşlayırlar. Özlərinə qarşı çox tələbkar olurlar. 

Sadəlövh, səmimi insanlar gülərkən başını arxaya atır. Onlar çox vaxt gözlənilməz hərəkətlərə yol verir, ağlına deyil, hisslərinə arxalanırlar. 

Xəyalpərəstlər əlini üzünə və başına toxunduraraq gülür. Həm də gözlərini yuxarı qaldıraraq kirpiklərini qırpırlar. 

Emosional, bəzən şıltaq xarakterlilər  isə gülərkən burnunu qırışdırır. Onların hissləri və baxışlarl tez-tez dəyişir. Belələri əhval-ruhiyyənin təsiri altında hərəkərət edir. Bu isə onların özləri üçün də, ətrafındakılar üçün də çətinliklər yaradır. 

Hərəkətli insanlar ağzını geniş açaraq ucadan gülür. Belələri qulaq asmaqdan çox, danışmağı xoşlayır. Sakitcə gülümsəməzdən əvvəl başını yana əyənlər yumşaq qəlbli, mərhəmətli, xeyirxah, vicdanlı hər şəraitə uyğunlaşan və yola gedən olurlar. Belələri hərəkətlərini və hisslərini daim nəzarət altında saxlayır, heç vaxt heç kimin qəlbinə dəymirlər. 

Uşaq təbiətlilər gülərkən çənəsini tutur. Onların neçə yaşı olursa olsun hər baxımdan uşaq xarakterli olduqları görünür. Onlar çox vaxt götür-qoy etmədən, fikirləşmədən hərəkət edir, başısoyuq davranır, bəzən ehtiyatsız, tələsik qərar çıxarırlar.
Təmkinli, sakit, ağır təbiətli, özünə inamlı olanlar gözlərini qıyaraq gülümsünür. Onlar qeyri-adi ağlı ilə seçilir, yaradıcı və inadkar olurlar. Özü də bəzən gərəkdiyindən də çox. 
Ancaq xüsusi gülüş tərzi olmayan insanlar da olur. Belələri, həmişə hər işdə şəxsi fikrinə və inancına əsaslanır. Çox vaxt başqalarının fikrini önəmsəmirlər. Ətrafdakılara isə təbii olaraq bu durum xoş gəlmir.
 

 

qadinkimi.com