Ötən gün Fransada Beynəlxalq Astronomiya İttifaqının keçirdiyi mətbuat konfransında Ekzoplanetlərin və onların əsas ulduzlarının adlandırılması ilə bağlı baş tutmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqədə 112-i ölkədən 780 min nəfər şəxs iştirak edib. Azərbaycandan göndərilən təkliflərin arasından Natella Kərimovanın irəli sürdüyü variant qalib olub.
Şəxsi facebook hesabında bu barədə məlumat verən Natella Kərimova "Beləliklə, indi tam rəsmi Kainatda Gəncə (Ganja) adlı ekzoplanet və onun əsas ulduzu Məhsəti (Mahsati) mövcuddur!” fikirlərini bildirib.
O, göstərilən dəstəyə görə Beynəlxalq Astronomiya İttifaqına və AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetariuma təşəkkürlərini çatdırıb.
Qadinkimi.com