YAZI / DÜŞÜNCƏ
Aysel Əlizadə yazır: Fransalı qadının hikkəsi Tarix : 23 Sentyabr 2018, 20:28
Yazar : Aysel Əlizadə
Hərdən mənə elə gəlir bütün bəlalarımızın səbəbi bir-birimizə olan sevgisizliyimizdi. 
Qonaqpərvərik. Başqalarına yarınarıq. Amma özümüzə sayğımız yoxdu sanki. 
Fransada bir fakt məni heyrətə saldı. 
Onlar sənin yabancı olduğunu bilə-bilə öz dillərində danışırlar. Hətta tərifi də öz dillərində deyirlər, iradı da. 
Onların vecinə də deyil sən bu dili bilirsən, ya yox. Məsələn, oteldə səhər yeməyi zamanı qonşu masada əyləşən bir fransız sənə öz dilində gülümsəyə bilər. Səninlə dayanmadan öz dilində söhbət edə bilər; cavab almasa belə. Beləcə, sözünü deyib, gülümsəyib gedə bilər. Mat qalarsan. Ticarət mərkəzində uşaq kafesində oturmuşduq. Qızım masanın üstünü yeni aldığımız legoyla doldurub oynayırdı. 
Ticarət mərkəzi bağlanırdı deyə nəzarətçi gəlib toparlanmalı olduğumuzu söylədi. 
Bu zaman qonşu masadakı  qadın üzünü bizə tutub dayanmadan fransızca deyindi. 
Ona ingiliscə "sizi anlamıram” desəm də, xeyri yox idi. Davam edirdi. 
Birdən ona öz dilimizdə cavab verdim: "Danışığınız boşunadı, sizi anlamırıq, xahiş edirəm susun" -  dedim. Qadını elə bil dondurdular. Eləcə quruyub qaldı.  Təbii ki, susdu. 
Belə olacağını  bilirdim. Çünki səbəbi anlamışdım. Bu  "bax, sən mənim dilimi bilmirsən"  iradı idi. Eyni zamanda dilini bilmədiyim üçün məni pərt vəziyyətində qoymağa çalışırdı. Ona öz dilimdə cavab verdiyim üçün hesab 1:1 oldu.  Həyatda yaşamaq çox çətindi