BURA / ORA
Forbersin "100 güclü qadın" siyahısında Merkel yenə birinci oldu Tarix : 13 Dekabr 2019, 10:58
Forbes jurnalı 2019-cu ilin ən güclü qadınlarını açıqlayıb.

Forbes hər il dünyanın müxtəlif ölkələrinin siyasət, iş və əyləncə daxil olmaqla fərqli sektorlarında ən uğurlu qadın liderlərin yer aldığı bir siyahı hazırlayır.

Almaniya kansleri Angela Merkel 2019-cu ildə jurnalın dünyanın ən güclü qadınları siyahısında ilk sırada yer alıb. 

Bununla da 9-cu dəfədir ki, siyahıda birincilik qazanıb. Angela Merkel barədə jurnal bunları yazıb: "Donald Trampa qarşı çıxmaqdan başlayaraq bir milyondan artıq suriyalı miqrantın Almaniyaya gəlməsinə icazə verməyə qədər polad kimi iradəsi var”.  

İkinci sırada Beynəlxalq Valyuta Fondunun (İMP) eks rəhbəri və keçən il dünyanın ən güclü insanları siyahısında 22-ci yerdə qərarlaşmış Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqarda var.

Forbesin siyahısında Laqardanı 2007-ci ildə ABŞ Təmsilçilər Məclisinin ilk qadın rəhbəri seçilən Nensi Pelosi təqib edir.

Pelosi sentyabr ayında bir müxbirin ABŞ rəhbəri Donald Trampla bağlı  "prezident kimi gücündən sui-istifadə edir" iddiasından sonra Trampın işini araşdıran rəsmi istintaqın başladıldığını bildirmişdi.

"Time” jurnalının ilin insanı seçdiyi iqlim aktivisti Qreta Tunberq Forbesin siyahısında 100-cü sıradadır. 

qadinkimi