BURA / ORA
Finlandiyada 34 yaşlı Sanna Marin dünyanın ən gənc baş naziri olub Tarix : 09 Dekabr 2019, 17:21
Yazar : Qadinkimi.com
Finlandiyanın Sosial-Demokratlar Partiyası 8 dekabrda keçirilən təcili səsvermədə 34 yaşlı Nəqliyyat və kommunikasiya naziri Sanna Marini ölkənin Baş Naziri seçib. O, Finlandiyanın 3-cü qadın Baş Naziridir. 

The Guardian” qəzetinin verdiyi xəbərə görə, hökumətdəki koalisiyanın 5-ci ən böyük partiyasının rəhbəri olan Marin vəzifə başına keçdiyində dünyanın ən gənc baş naziri olacaq.
 


Finlandiyada aprel ayında Sosial Demokratlar Partiyası hökumətdəki koalisiyanın ən böyük partiyası olaraq seçilib. 
Baş Nazir Antti Rinne həftənin 4-cü günü koalisiya hökumətinin ona olan etibarını itirdiyini açıqladıqdan sonra istefa vermişdi. İstefadan sonra partiyası 34 yaşlı Marini Baş Nazir seçib. Marin yeni təyinatı ilə bağlı bunları deyib: "Heç bir zaman yaşım və cinsiyyətim haqqında düşünməmişəm. Siyasətə girmə səbəblərim və seçimdə etibar qazanmam mənim üçün çox önəmlidir”. 

Onu da qeyd edək ki, Finlandiya tarixdə ilk dəfə "Qadınlar beşliyi” tərəfindən idarə ediləcək. Çünki bütün digər hakim partiyaların liderləri də qadınlardan ibarətdir: Sol İttifaqda 32 yaşlı Anderson, Yaşıl Birliyində 34 yaşlı Ohisalo, Mərkəz Partiyasında 32 yaşlı Kulmuni və İsveç Xalq Partiyasında isə 55 yaşlı Henriksson. 
 

Xumar Hüseynova
qadinkimi.com