FEMİNİZM
Feminizmə görə qadın kişidən üstündürmü Tarix : 03 May 2021, 08:01

Feminizm qadının kişidən üstün olmasıdırmı?

Heç də yox. Heç də belə deyil, feminizmi və matriarxiyanı qarışdırmayaq. 
Feminizm, qadın ayrı-seçkiliyinə qarşı qadın hüquqları uğrunda bir hərəkatdır. 
Bu o deməkdir ki, qadınlar sadəcə qadın olduqları üçün daha az siyasi, iqtisadi və mülki 
hüquqlara sahib olmamalıdırlar: həyatda onların hüquqlarına hörmət edilməlidir. 
Feminizmin mahiyyəti publisist Meri Şirənin məşhur sitatında düzgün əksini tapmışdır: 
"Feminizm qadının bir şəxs olduğuna dair radikal baxışdır." 
Feminizm qadınları ərlərini tərk etməyə, uşaqları doğurmamağa, cadu ilə məşğul 
olmağa, kapitalizmi məhv etməyə və ya lezbiyan olmağa çağıran bir hərəkat deyil. Bu məntiqsizdir.

Feministlərin kişiləri alçaltmaq, özlərinə tabe etmək və s. istədikləri kimi düşüncələr cəfəngiyatdır.

Hətta kəskin mövqedə olan bəzi feminist dalğalar, o cümlədən radikal feminizm kişilərə nifrətə əsaslanmayıb,

patriarxal sistemə qarşıdır. Radikallar əsas güclərin, xüsusən də siyasi gücün kişilərin əlində cəmlənməsinə etiraz edir.

Onlar belə hesab edir ki, kişilərdən yaxşı heç nə gözləmək olmaz və qadınlar üçün sosial institutlar yaratmaq lazımdır.

Женщина в бизнесе: конкурент или помощник. InvestGo24

 

 

 


 

Bəlkə radikallar haqlıdır? Axı Qadın – Anadır.

Bəlkə dünyanı qadınlar idarə etsə, müharibələr olmaz, qırğınlar olmaz bu qədər?


Kim bilir...Kaş həqiqətən Qadınlar dünyanı idarə etmək gücü uğruna birləşəydilər.

 

Dünyanı Qadın_ANA sevgisi xilas edəcək!

 

 

 

 

 


 

 

qadinkimi.com