Ayrı-ayrı ölkələrin birinci xanımları arasında təhlillər apardıq. Feminizmi dəstəkləyənlərin olub olmamasını nəzərdən keçirdik. Onların içində qatı feminist olanı yoxdu. Amma zaman-zaman qadın haqları ilə bağlı işlər görən, müəyyən mesajlar verənlər var. Beləliklə:
Raniyə əl-Abdullahdan başlayaq.
Dünyanın "ən gözəl kraliça"sı bərabərlik mövzusunda çox aktivdi. Onun doktorluq diplomu da bu mövzuya aiddi. İordaniya kralının xanımı avropalı kimi geyinir, internetin yayğınlaşmasına çalışır, iordan məktəbləri, qızların təhsili, müsəlman qadınlarının cəmiyyətdəki problemləri onu bərk narahat etdiyini gizlətmir. Raniyə ölkəsində qadınların oxumasına kömək edir, biznes açır, onlara təmənnasız himayədarlıq edir. Britaniyanın Ekseter Universiteti Raniyəyə "qadınların cəmiyyətdə rolunun artırılması və avro-ərəb münasibətlərində xidmətləri"nə görə fəxri doktorluq verib. İslam fundamentalistləri birinci ledini o qədər də sevmirlər. Baxmayaraq ki, "Ərəb baharı 2011" İordaniyada iflasa uğradı (Abdullah hökuməti dəyişməli olsa da) yeni qığılcımların olacağı riski qalmaqdadı.
Mehriban Əliyeva
Əliyeva hesab edir ki, Azərbaycan hökuməti üçün qadınların bütün sferalarda aktiv iştirakı prioritet məsələdi. Mehriban Əliyeva təkcə birinci ledi yox, həm də ölkənin vitse-prezidentidi. O, Demokratik Respublikanın yüzillik ildönümündə qeyd edib ki, Azərbaycan müsəlman aləmində qadınlara ilk seçki hüququ verən ölkədi.
Anna Akopyan
Bir neçə il əvvəl təcrübəli jurnalist Akopyan özünü birinci ledi kimi təsəvvür belə etmirdi. Amma möcüzə baş verdi. Onun əri və kolleqası hakimiyyəti götürdü. Məxməri inqilab nəticəsində Nikol baş nazir olsa da nüfuzu Sərkisyandan çox idi. "Aykakan jamanak" qəzetinin baş redaktoru Akopyan həmişə üsyankarlığı ilə seçilib. Ona görə də hökumət başına keçəndə bir müddət özünü itirmişdi. Belə həyəcanlı anlardan biri "Qadınlar barış üçün" təşəbbüsü oldu. Çıxışı ilə onun içindəki gizli feminizm üzə çıxdı: "Analar etməsə bəs kim qərarlar qəbul edən kişilərə təsir edəcək?".
Bu yerdə antik qadın tətili yada düşür: Savaşmağı dayandırmasaz, heç bir evlilik öhdəliyindən söhbət gedə bilməz!
Bununla da bir neçə çıxışdan o yana getmədi. Ermənistanda belə inisiativlər sərt qarşılanır. Pasifist ideya müharibə şəraitində yaşayan ölkədə qəbuledilməzdi.
Melaniya Tramp
Susqun gözəl, soyuqqanlı qadın...Əksi olsaydı-ABŞ prezidenti Donald Trampın həyat yoldaşı da özü kimi coşğulu olsaydı, qəribə alınardı. Belə birgəliklər uzun sürmür. Görünür ki, Melaniya ərinin seksist kobudluğundan narazıdı. Onların ailəsində bu səbəbdən harmoniya yoxdu. Bir müddət Melaniya bu barədə şərh vermirdi. 2016-cı ilin oktyabrında taktikasını dəyişməli oldu. Trampın "varlı və tanınmış kişilər üçün qadınların əlçatan olması" haqda yayılan səsyazısı haqda qısaca fikir bildirdi: "Mən ona belə danışmağın doğru olmadığını dedim, belə ifadələr qəbuledilməzdi. Mən çox təəccübləndim, çünki bu, tanıdığım kişi deyil".
İndi Melaniyadan feminist düzəldirlər. Onun hər addımını izləyən KİV təhlilləri lazım olduğu kimi verir: Məsələn, 30 yanvar 2018-ci ildə bütün dünya mətbuatı ledi Tramp əri ilə Konqresdə parlamentarilərlə hər il olan görüşə ağ dəst -pencək və şalvar geyinmişdi. Onun bu ağ kostyumunu sufrajistlərin sevimli rəngi və bəzi feministlərin seçimi kimi yozdular. Ağ şalvarlı dəst cinslərarası bərabərlik simvoludur. Christian Dior-u seçməsi isə bu moda evinin baş dizayneri məşhur feminist Mariya Qrasiya Kürini dəstəkləməsi anlamına gəlirmiş. Melaniya bu təqdimatlar haqda heç nə deməyib.
Li Sol Çju
Onun şəxsiyyəti haqda heç nə bilmirik. Bilirik ki, Şimali Koreya lideri Kim Çen İnin həyat yoldaşıdı. Nə doğum tarixi, nə toyu, nə hansısa bir informasiya məlumdu. Ancaq ölkəsinin qadınlarının həyatına başqa birinci xanımlardan daha çox təsir etməyi bacarıb. Evliliyə qədər o, populyar müğənni olub. Yoldaş Kim də onu elə həmin vaxt görüb. Sol Çju qadınlarla bağlı bir çox stereotipi dağıdıb.
Ateistik kommunistik dövlət cinslərin bərabərliyini deklarasiya edir. Buna baxmayaraq bəzi müsəlman ölkələrində qadınlar Şimali Koreyada olduğundan daha azaddılar. Geyimi ilə qərbə meyilli olan birinci ledi Sol Çju qadınlar üçün bir çox uğurlar əldə edib. Formal və qeyri-formal qadağaları dağıda bilib:
•Qısa saç düzümü
•Şalvar geyinmək
•Dikdaban və platformada gəzmək
•Mini ətək geymək
•Velosiped sürmək
Əlbəttə, burada heç bir qərbi feminizm nümunəsi yoxdur, amma cinslərin xüsusiyyətlərini (klassik feministlərin inkar etdiyi xüsusiyyətləri), nəzərə alıb sağlam bərabərliyə doğru yol aldığını izləmək olur. Sonra necə olacaq? Bunu zaman göstərər.
Bricit Makron
Bu qadından feminizmi tərif edən və ya qadınları müdafiə edən çıxışlar eşitməzsiz. O, öz işini kürsüdə deyil, yataq otağında görür. Bunun nəticəsi olaraq, Fransa hökumətində postların yarısını qadınlar tutub. Əvvəllər isə qadınlar hökumətdə indikinin dörddə biri qədər yer tutmayıb. Bricitin gənc əri Fransa prezidenti Emmanuel Makron açıq şəkildə "Fransa seksizm xəstəliyinə yoluxub" deyir və öz imkanları daxilində ölkəsini bu "xəstəlikdən" müalicə etməyə çalışır. Makron öz xanımına görə hətta cəhd edir və ölkənin rəsmi nümayəndəsi olaraq "birinci xanım” statusunu rəsmiləşdirmək istəyir–Bu, baş vermir, görünür, Bricit rəsmən kimisə təmsil etmək istəyində deyil.
mənbə: tsargrad.tv
qadinkimi.com