Evdar qadınların məvacib alması ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bunu News24.az-a açıqlamasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Hicran Hüseynova bildirib.
Onun sözlərinə görə, bununla bağlı beynəlxalq praktikadan istifadə olunacaq:
"Bununla bağlı bir çox ölkələrdə beynəlxalq təcrübə var, bunu mütləq Azərbaycana gətirməliyik. Burda bir çox maliyyə məsələləri, problemlər var. Unutmamalıyıq ki, müharibə şəraitində olan ölkəyik. Amma bu məsələ çox vacib məsələdir. Düşünürəm ki, bir çox qadınlarımızın indiyə kimi zəhmətini qiymətləndirə bilməmişik. Ailəyə baxmaq, uşaqları böyütmək çox böyük zəhmət tələb edən işdir".
Afaq Mirayiq
Mənbə: news24az
qadinkimi.com