QADIN / KİŞİ
Enerji vampirlərindən uzaq olun Tarix : 20 İyul 2020, 11:49

Dünyanın bir çox məşhur həkim və psixoloqları müxtəlif araşdırmalar nəticəsində insanların psixi və fiziki sağlamlığının onları əhatə edənlərdən – həyatlarında olan insanlardan asılı olması fikrinə gəliblər. Əslində hər birimiz bunu az da olsa, bilirik. Evdən çıxarkən ilk rast olduğumuz tanışımızın uğur və ya uğursuzluq gətirəcəyini düşünürük.Kiməsə "ayağı ağırdır” deyirik. Kiməsə ehtiyacı olduqda belə, pul itgisi olacağını düşünüb, borc verməkdən ehtiyat edirik və s. Psixoloqlar belə adamları "enerji vampirləri” adlandırır. Belələri kimin üçünsə uğurlu ola bilər. Bunu özünüz müəyyən edə bilərsiniz.

 

 

Enerji vampirlərindən uzaq olun.


 

Bəzən niyə kefsiz olduğunuzu, yorğunluq, halsızlıq hiss etdiyinizi anlaya bilmirsiz. Ətrafınıza diqqət edin. Dostunuz, rəfiqəniz, sevgiliniz də enerji vampiri ola bilər. Onlar sizinlə ünsiyyətdə öz neqativliyini, yorğunluğunu, uğursuzluğunu asanlıqla sizə ötürür və özünü daha rahat hiss edir. Bəziləri belələrini tez görür.Çox hallarda isə buna diqqət edə bilmirik. Çünki enerji vampirləri adətən sizin rəğbətinizi qazanır, siz bilmədən sevincinizi ona ötürürsüz. Əslində diqqət etsəz, onları asanlıqla tanıyarsız.

Siz onların yanında heç vaxt komfort hiss etmirsiz. Hətta onlarla ünsiyyət zamanı və ya sonra güclü başağrılarınız ola bilər. Sadəcə ruh halınıza, sağlamlığınıza diqqət yetirin. Özünüzü halsız, əzgin hiss etdiyinizin, ağrılarınızın fərqində olacaqsınız.

Onlar həmişə öz problemlərini sizə danışır, şikayətlənir. Birbaşa yardım istəməsə də, sizdə ona yardım etmək kimi bir duyğu yaradır. Siz də ona dəfələrlə yardım edirsiz, buna baxmayaraq onun problemləri, narahatlıqları bitmir. Siz hiss etmədən yüklənirsiz. Belələrindən uzaq olun. Əgər o, sizin sevgilinizdirsə, vəziyyətiniz daha ağırdır. Ən doğrusu ondan ayrılmaqdır, çünki siz hiss etmədən ondan asılı olursuz. Belələri qadınları özlərinə bağlamaqda mahirdilər. Onlarınproblemi bitməyincə sizdən əl çəkməyəcək və həyatınıza yalnız ağırlıq gətirəcək.

O istənilən zaman, istənilən yerdə sizi ustalıqla pis vəziyyətdə qoyar, guya fərqində olmadan sizi sındıran hərəkətlərə yol verər.Və o haqlıdır, o özünü haqlı təqdim etməyi bacarır - buna da diqqət edin. O bütün hadisələrdə ətrafı günahkar bilir və heç vaxt səhv etmədiyini düşünür.Şöhrətə meyllilik də onların başlıca xüsusiyyətlərindən biridir.Belə kişilərdən uzaq durun!

Özünüzə qarşı diqqətli olun: ilk növbədə özünüzü qorumağı bacarın. Dayaq olmaq gözəldir.Dayaq kimi istifadə olunmaq isə ağrılı. Özünüzü bundan xilas etmək çətin deyil - Bacararsız!

 

 


 

qadinkimi.com